Əsas ANALİTİKA QAZAXISTAN KİNOSU RƏQƏMLƏRDƏ

QAZAXISTAN KİNOSU RƏQƏMLƏRDƏ

by editor

1990-cı illərin əvvəllərində Qazaxıstanda 28 özəl kinostudiya fəaliyyətə başladı. Təkcə “Katarsis” studiyası 1989-1996-cı illərdə 70-ə yaxın tammetrajlı bədii film istehsal etmişdi. 90-cı illərdə film istehsalında azalma müşahidə edildi. Belə ki, 1993-cü ildə 11, 1994-cü ildə 4, 1995-ci ildə 3, 1996-cı ildə 7, 1997-ci ildə 3, 1998-ci ildə 5, 1999-cu ildə 1 tammetrajlı film çəkilib. Qeyd etmək lazımdır ki, bu filmlərin bir çoxu beynəlxalq kinofestivallarda nominant və mükafatçı olublar.

1993-cü ildə Alma-Ata Dövlət Teatr və İncəsənət İnstitutunun bazasında T.Jurgenov adına Teatr və Kino İnstitutu fəaliyyətə başladı.

1995-ci ilə qədər Qazaxıstan Respublikasında 2320 kino qurğusu, o cümlədən 356 kinoteatr, 21 ixtisaslaşmış uşaq kinoteatrı fəaliyyət göstərirdi.

1996-cı ildə Ş.Aimanov adına “Qazaxfilm” kinostudiyası Ş.Aimanov adına Qazax Kino Fabrikinə bölünərək maddi-texniki bazanın və Qazaxıstan Respublikasının Milli İstehsalat Mərkəzi müstəqil istehsalat studiyaları tərəfindən yaradıcılıq prosesinin təşkilini öz üzərinə götürür. 2000-ci ildə isə bütün dövlət kino təşkilatları (Ş.Aimanov adına Qazax kinofabriki, Qazaxıstan Respublikasının Milli İstehsalat Mərkəzi, Kazkinoprokat və Qosfilmofond) Respublika Dövlət Xəzinədarlığı Müəssisəsi – Ş.Aimanov adına “Kazakfilm”ə birləşdirilərək yenidən təşkil edildi.

2000-2001-ci illərdə sovet kinoprokat sisteminin dağılması, özəl kinostudiyaların film yaratmaq üçün götürdüyü kreditləri qaytara bilməməsi, prokatın olmaması və eyni zamanda film istehsalı tempinin aşağı düşməsi ilə əlaqədar “Kazakfilm” milli şirkəti cəmi üç tammetrajlı bədii film istehsal etdi: “Üç qardaş” (2000, S.Aprımov), “Jılama!” (2001, A.Karakulov), “Jol” (2001, D.Omirbayev). Onlardan ikisi Qərb istehsalçıları və donor təşkilatları tərəfindən maliyyələşdirilib.

2002–2020-ci illərdə “Kazakfilm” kinostudiyasında 477 film istehsal edilib, onlardan 120-si tammetrajlı bədii, 210-u sənədli, 84-ü qısametrajlı, 63-ü isə animasiya idi. Dövr ərzində ölkədə istehsal olunan filmlərin ümumi sayı ilə bağlı rəsmi statistika yoxdur.

Qazax filmləri hər il “A” kateqoriyalı festivallarda iştirak edir, bəziləri mükafat alır. 2018-ci ildə Kann Beynəlxalq Film Festivalında qazax aktrisası Samal Yeslyamova “Ən yaxşı aktrisa” nominasiyasında Kann Palma budağına layiq görülərək, festivalın tarixində MDB-dən bu mükafatı alan ilk aktrisa oldu.

2019-cu ildə “Kinematoqrafiya haqqında” Qazaxıstan Respublikasının Qanunu qəbul edilib. Həmçinin 2019-cu ildə Milli Kinoya Dövlət Dəstəyi Mərkəzi fəaliyyətə başlayıb.

Milli Kinoya Dövlət Dəstəyi Mərkəzinin əsas fəaliyyət istiqamətləri:

• Filmlərin maliyyələşdirilməsi. Milli kinonun və beynəlxalq birgə istehsalın inkişafı – 2019-cu ildə 7 milyard KZT (18,2 milyon ABŞ dolları) ayrılıb, 14 tammetrajlı film çəkilib. 2020-ci ildə 6 milyard KZT (14,8 milyon ABŞ dolları) ayrılaraq 15 film çəkilib.

• Beynəlxalq təşviq və əməkdaşlıq. Film festivalları, film bazarı, forumların təşkili.

• İnvestisiyaların cəlb edilməsi. Xarici film layihələrinin subsidiyalaşdırılması – 30%-ə qədər vəsaitin qaytarılması.

• Milli Film Komissiyası. Kino layihələrinin təşkilati dəstəyi.

• Filmlərin paylanması. Milli kinonun yerli və beynəlxalq yayımı.

• Təhsil. Kinematoqrafiya sahəsində kadrların ixtisasının artırılması.

Hazırda Qazaxıstanda 91 kinoteatr, 338 kinozal fəaliyyət göstərir. Bu kinoteatrların yarıdan çoxu Almatı şəhərinin payına düşür. 2019-cu ildə kinoteatrlardan əldə olunan gəlir təxminən 55 milyon ABŞ dollarına bərabərdir.

Qazax rejissorlar və beynəlxalq mükafatları:

Akan Satayev

Zabludivshiysya (2010) – Neuchatel film festivalında Denis-de-Rugemont Gənclik mükafatına layiq görülüb.

Jaujürek minq bala (2013)  – Fəcr film festivalında Kristal Simurq mükafatı əldə edib.

Tomiris (2020) – L Etrange festivalında “Ən yaxşı film” mükafatına layiq görülüb.

Rüstəm Abdraşev

Podarok Stalinu (2008) – Vesoul Asiya Film Festivalında Qızıl Çarx mükafatını qazanıb.

Emir Baiqazin

Harmony Lessons (2013) – Berlin film festrivalında “Qızıl Ayı” mükafatına namizəd göstərilib, bir çox festivalda qalib olub.

Ermek Tursunov

Kelin (2008) – Xarici dildə oskara namizədlər arasında qısa siyahıya düşüb.

Şal (Qoca kişi) (2012) – NİKA mükafatını qazanıb.

Əlaqədar Yazılar