Əsas ANALİTİKA 2024-CÜ İLİN İLK 6 AYINDA 20 AZƏRBAYCAN FİLMİ KİNOTEATRDA NÜMAYİŞ OLUNUB

2024-CÜ İLİN İLK 6 AYINDA 20 AZƏRBAYCAN FİLMİ KİNOTEATRDA NÜMAYİŞ OLUNUB

by editor

Ölkə ərazisində fəaliyyət göstərən kinoteatrlar yerli film istehsalının həcmini müəyyən etmək üçün vacib göstəricilərdərn biridir. Hazırda Azərbaycanda iki özəl kinoteatr şəbəkəsi fəaliyyətdədir: Cinemastercard və Park Cinema. Bunlardan başqa Mədəniyyət Nazirliyinin tabeliyindəki Nizami Kino Mərkəzi də yeni filmlərin nümayişi üzrə xidmət göstərir.

Hər həftə bu kinoteatrlarda yeni filmlər nümayişə çıxarılır. Bu filmlərdən daha çox tamaşaçı baxışı toplayanlar növbəti həftələrdə də baxış sayını artırmaqla kinoteatr həyatını davam etdirirlər. Tamaşaçı sayı az olan filmlər is təbii rəqabətə tab gətirməyərək daha erkən nümayişdən çəkilir.

2024-cü ilin ilk 6 ayında ölkə kinoteatlarında ümumilikdə 20 yerli film nümayiş olunub. Bu filmlərin böyük əksəriyyəti komediya janrında olsa da, xüsusilə qorxu, idman, melodram və triller janrında olan filmlərin artması da görülməkdədir. Bu dövrdə ən uzun müddət nümayişdə olan film “Hozu dayə”dir. Filmin nümayişi 2023-cü il noyabr ayının 1-dən başlasa da, hələ də kinoteatrlarda göstərilir.

Qeyd edək ki, 2023-cü ilin ümumi statistikasına müraciət etsək müqayisəli mənzərə göz önündə canlanar. Belə ki, keçən il Cinema Plus (Cinemastercard) kinoteatrlar şəbəkəsində 219 film göstərilib. Bu filmlərdən 14-ü yerli, 205-i isə xarici ölkələrin istehsalıdır.

Park Cinema kinoteatrlar şəbəkəsində isə 2023-cü il ərzində 213 film nümayiş olunub ki, bunlardan 29-u yerli, 184-ü xarici istehsaldır.

Cari ilin ilk 6 ayında 20 yerli film göstəricisi ilin sonuna qədər keçən ilə nisbətən Azərbaycan filminin nisbətinin artacağından xəbər verir. Tamaşaçılara müxtəlif janrlarda maraqlı Azərbaycan filmləri, filmlərə isə bol kassa uğuru arzu edirik.

NFİLMİN ADINÜMAYİŞ TARİXLƏRİKİNOTEATR ŞƏBƏKƏSİREJİSSORPRODÜSERJANR
1HOZU DAYƏ (2023)01.11.2023 – … Nizami Kino Mərkəzində və Park Cinemada davam edirNizami, Cinema Plus, Park Cinemaİlham Yaşaroğluİslam Ağakomediya
2CİN ATI (2023)29.11.2023 – … Nizami Kino Mərkəzində davam edirNizami, Cinema Plus, Park CinemaKənan Zeynalov, İsmayıl ZeynalovFariz Əliyevkomediya, qorxu
3STADİONLAR SƏSSİZ OLANDA (2023)30.11.2023-10.01.2024Nizami, Park Cinema, Cinema PlusƏli-Səttar QuliyevƏli-Səttar Quliyevidman, bioqrafik
4XƏYANƏTƏ YOX (2023)21.12.20230-03.07.2024Nizami, Park Cinema, CinemastercardValeh ƏhmədovValeh Əhmədovmelodram, komediya
5İTƏN GÜNDƏLİK (2021)11.01.2024-31.01.2024Park CinemaSədaqət KərimovaSədaqət Kərimovamelodram
6ANA (2023) – qısametrajlı18.01.2024-31.01.2024Park CinemaVüsal MəmmədovYaşar Əhmədovdram
7BÖ ALAJEN (2024)25.01.2024-07.02.2024Park CinemaZaur TahirsoyZaur Tahirsoyqorxu, komediya
8ÜLKƏR (2024)01.02.2024-21.02.2024Cinemamastercard, Park Cinema, NizamiXəyalə MeydanovaFaiq Nağıyevdram
9APATİYA (2024)09.02.2024-20.03.2024Cinemastercard, Park CinemaHikmət RəhimovHikmət Rəhimovdram
10İYİRMİ BİRİNCİ MÖCÜZƏ (2024)22.02.2024-06.03.2024Cinemastercard, Park Cinema, NizamiŞahin QəhrəmanƏləsgər Mehdiyevdram
NFİLMİN ADINÜMAYİŞ TARİXLƏRİKİNOTEATR ŞƏBƏKƏSİREJİSSORPRODÜSERJANR
11SƏMA İLƏ GÖRÜŞ (2024)07.03.2023 – … Nizami Kino Mərkəzində davam edirPark Cinema, NizamiRüfət ŞahbazovOrxan Mərdandram, ekşn, komediya
12DOSTUM, YOXSA SEVGİLİM?!… (2024)14.03.2024-03.04.2024Cinemastercard, NizamiElvin AbdullaAqşin Fateh, Şəhriyar Məcidi, Elvin Abdulladram
13QARABAĞ FK: 30 MÖVSÜM SƏFƏRDƏ (2023) – sənədli11.04.2024-17.04.2024Cinemastercard, Park CinemaFuad QuliyevArzu Əliyevaidman
14LANETLİ KİTAP (2024)18.04.2024-… Nizami Kino Mərkəzində davam edirPark cinema, Cinemastercard, NizamiNatiq NovruzovNatiq Novruzovqorxu
15BİRLİKDƏ (2023)02.05.2024-22.05.2024Park Cinema, CinemastercardVahid MustafayevVahid Mustafayevdetektiv
16ŞOR BİZNES (2024)09.05.2023-… Nizami Kino Mərkəzində davam edirCinemastercard, Park Cinema, NizamiValeh ƏhmədovValeh Əhmədovdram, melodram
17PƏRDƏARXASI: MƏN BURADA TƏK OLMUŞAM (2019) – yenidən01.06.2024-03.07.2024Park cinemaEmil QuliyevEmil Quliyevpsixoloji dram, kriminal
18ELÇİLİK (2023) – yenidən01.06.2024-… Nizami Kino Mərkəzində davam edirNizami, Park Cinemaİlham YaşaroğluToğrul Hüseynovkomediya
19RZA “OYUNUN SONU” (2024)20.06.2024-03.07.2024Park CinemaƏli ƏbdülsəmədzadəElçin Aydındöyüş, dram, triller
20HƏCİ BAŞQADU (2024)27.06.2024-03.07.2024Park Cinema, CinemastercardElşad ZarafatsızMurad EMEkriminal, macəra, komediya

Əlaqədar Yazılar