Əsas İRİ PLANDA İRİ PLANDA: EMİL NƏCƏFOV – PRODÜSER

İRİ PLANDA: EMİL NƏCƏFOV – PRODÜSER

by editor

Emil Nəcəfov 1980-ci ildə İrəvanda anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetində təhsil alıb (1996-2000).

İlk əmək fəaliyyətinə 1998-ci ildə Azərbaycan Respublikası Dövlət Statistika Komitəsində başlayıb. 2002-ci ildən etibarən isə artıq prodüser kimi tv və kino sahəsində çalışmağa başlayıb.

“M group production”da xətt prodüseri (2002-2004), icraçı direktor (2004-2006), “No Problem” MMC-də prodüser (2006-2007), “Made in Baku Production”da prodüser (2007-2009), “Ultra prodakşın”da prodüser (2010-2022) olaraq çalışıb.

“M group production”un istehsalı olan “Mərc Şou” və “Maşın Şou” TV lahiyələrinin icraçı direktoru olub.

2022-ci ildən “Azərbaycanfilm” kinostudiyasının direktor müavinidir.

Bir çox xarici filmlərin ölkə ərazisində çəkilişinin təşkilatçısı, prodüseri və koprodüseri olub. Prodüseri olduğu filmlər müxtəlif beynəlxalq festivalların müsabiqə bölməsində iştirak edib və mükafatlara layiq görülüb.

Emil Nəcəfov kino sənətinin insanın özünü tanımağa, duyğuları daha yaxşı anlamağa kömək etdiyini düşünr: “Biz tez-tez filmdəki personajlarla eyniləşir onların yaşadıqları emosiyalardan keçirik ki, bu da bizə istək və dəyərlərimizi daha yaxşı anlamağa imkan verir. Kino ictimai şüurun demək olar ki, bütün sahələrini əhatə etmək iqtidarındadır. Nəticə etibarı ilə kino insanları bir araya gətirən bir sənətdir.”

Emil Nəcəfovun seçilmiş filmoqrafiyası:

İnkoqnito (2012, qısametrajlı bədii film) – icraçı prodüser

Kapitan (2012, sənədli film) – prodüser

Sabiri düşünərkən (2012, sənədli film) – icraçı prodüser

Həyat çiçəyi (2013, bədii serial) – prodüser

Paradoks (2013, qısametrajlı bədii film) – prodüser

Səttarın Azərbaycanı (2013, sənədli film) – icraçı prodüser

Skripka (2014, qısametrajlı bədii film) – prodüser

Ümid (2014, qısametrajlı bədii film) – prodüser

Qırış (2018, qısametrajlı bədii film) – icraçı direktor

Balıqlara xütbə (2022, tammetrajlı bədii film) – koprodüser (birgə)

Hasar (2022, qısametrajlı bədii film) – prodüser

Qız qalası (VI) (2022, qısametrajlı bədii film) – prodüser (birgə)

Məhvolma (2022, qısametrajlı bədii film) – prodüser

Mən hələ də səninlə danışıram (2022, sənədli film) – prodüser

Yadlar (2023, qısametrajlı bədii film) – prodüser (birgə)

Mənim sehrli dünyam (2024, tammetrajlı bədii film) – prodüser (birgə)

Əlaqədar Yazılar