Əsas ANALİTİKA2025-Cİ İLDƏ KİNOTEATRLARDA 27 YERLİ FİLM GÖSTƏRİLİB

2025-Cİ İLDƏ KİNOTEATRLARDA 27 YERLİ FİLM GÖSTƏRİLİB

by editor

2025-ci ildə Azərbaycan kinoteatrlarında yerli film nümayişlərinin statistik dəyərləndirməsini təqdim edirik. Ötən il ümumilikdə 27 yerli film tamaşaçıların diqqətinə təqdim olunub. Bu, 2024-cü ilin göstəricisi ilə müqayisədə dəyişməz qalıb. Bu rəqəm milli kino istehsalının sabit ritmdə irəlilədiyini göstərir.

Kinoteatr şəbəkələri üzrə statistikaya baxdıqda, filmlərin nümayişində fərqliliklər müşahidə olunur:

“Park Cinema” şəbəkəsində 21 yerli film təqdim edilib,

“Cinemastercard” şəbəkəsində 17 film göstərilib,

Nizami Kino Mərkəzi isə 19 film ilə tamaşaçıları qarşılayıb.

2025-ci ilin göstəriciləri onu göstərir ki, Azərbaycanda yerli kino istehsalı sabitdir, lakin tamaşaçı və şəbəkələr arasında paylanma bərabər deyil. Ən çox film “Park Cinema” şəbəkəsində nümayiş etdirilsə də, bəzi şəbəkələrdə milli kino üçün imkanlar daha məhduddur.

Bu göstəricilər yerli filmlərin müxtəlif kinoteatrlar üzrə fərqli yayılma səviyyəsini ortaya qoyur və həmçinin böyük şəbəkələrdə milli filmlərin iştirakının hələ də yetərli olmadığını göstərir.

2025-ci ildə 30 gündən artıq kinoteatrda qalan filmlərin siyahısı belədir:

“Hozu 007”

“Hozu Xan”

“Tağıyev. Neft”

“Tağıyev. Çar”

“Tağıyev. Sona”

“Səriyyə”

“Evdə qalmış 2”

“Apatiya 2”

“Otel Loo”

“Spinozanın tanrısı”

“Qapı”

“4 təkər”

“Bəlkə də…”

“Heykəl”

“Doğma torpaq”

Uzun müddət nümayişdə qalan filmlər isə həm kommersiya baxımından, həm də milli mədəniyyətin təbliği baxımından uğur nümunəsi hesab edilə bilər. Bu, Azərbaycan kino istehsalının keyfiyyətli, tamaşaçı üçün cəlbedici layihələrlə irəliləməyə davam etdiyini göstərir.

Ümumilikdə, 2025-ci il yerli filmlərin həm say, həm də müddət baxımından dayanıqlı performans nümayiş etdirdiyi il kimi qiymətləndirilə bilər.

Statistika kinoinfo.az tərəfindən aparılıb.

NFİLMİN ADINÜMAYİŞ TARİXİCinemastercardPark CinemaNizami Kino Mərkəzi
1Səma ilə görüş (2024)07.03.2024-05.01.2025  07.03.2024-05.01.2025
2Hozu 007 (2024)31.10.2024- 23.04.202531.10.2024- 23.04.202531.10.2024- 23.04.202531.10.2024- 23.04.2025
3Tağıyev. Neft (2024)07.11.2024-…++
4Səriyyə (2024)29.11.2024-18.09.202529.11.2024-18.09.202529.11.2024-18.09.202529.11.2024-18.09.2025
5Evdə qalmış 2 (2024)13.12.2024-06.04.2025 09.10.2025-29.10.202513.12.2024-06.04.202513.12.2024-06.04.2025 09.10.2025-29.10.2025 YENİDƏN13.12.2024-06.04.2025
6Apatiya 2 (2025)09.01.2025-31.12.202509.01.2025-…09.01.2025-31.12.202509.01.2025-31.12.2025
7Otel Loo (2025)14.02.2025-23.04.202514.02.2025-23.04.202514.02.2025-23.04.202514.02.2025-23.04.2025
8Spinozanın tanrısı (2025)28.02.2025-02.04.202528.02.2025-02.04.202528.02.2025-02.04.202528.02.2025-02.04.2025
9Qapı (2025)13.03.2025- 31.12.2025YENİDƏN  
10Hal (2025)27.03.2025-09.04.2025 27.03.2025-09.04.202527.03.2025-09.04.2025
114 təkər (2025)03.04.2025- 25.04.2025 18.09.2025-… YENİDƏN03.04.2025-25.04.2025 18.09.2025-12.11.202503.04.2025-25.04.202518.09.2025-…
12Bəlkə də (2025)03.04.2025-29.12.202503.04.2025-29.12.202503.04.2025-29.12.202503.04.2025-29.12.2025
13Tağıyev. Çar (2025)03.04.2025-…03.04.2025-01.10.202503.04.2025-01.10.202502.10.2025-…
14Heykəl (2025)17.04.2025 02.06.202517.04.2025 02.06.202517.04.2025 02.06.202517.04.2025 02.06.2025
15Xocalı. Son toy (2025)17.04.2025-23.04.202517.04.2025-23.04.2025  
16Doğma torpaq (2025)24.04.2025 – 25.06.202524.04.25-07.03.2524.04.25- 07.03.2524.04.25-25.06.25
17Mənim kinom (2025)26.06.2025-09.07.2025  26.06.2025-09.07.2025
18Görüşənədək (2025)04.09.2025-10.09.2025 04.09.2025-10.09.2025 
19Turpun nağılı (2025)11.09.2025-17.09.2025 11.09.2025-17.09.2025 
20Şah ölüm (2025)11.09.2025-24.09.2025 11.09.2025-24.09.2025 
21Gizli xəzinə (2025)11.09.2025-24.09.2025 11.09.2025-24.09.2025 
22Tağıyev. Sona (2025)02.10.2025-…02.10.2025-…02.10.2025-31.12.202525.12.2025-…
23Hozu Xan (2025)01.11.2025-…davam edirdavam edir 
24Boş yer (2025)20.11.2025-04.12.2025  20.11.2025-04.12.2025
25Qurd dişi (2025)11.12.2025-…davam edirdavam edirdavam edir
26Səkkiz (2025)27.12.2025-… davam edir 
27Sehrli xalatın sirri (2025)30.12.2025-…  davam edir
      

Əlaqədar Yazılar