Əsas ARKA-DA8-Cİ “ANİMAFİLM” BEYNƏLXALQ ANİMASİYA FESTİVALININ AÇILIŞI OLUB

8-Cİ “ANİMAFİLM” BEYNƏLXALQ ANİMASİYA FESTİVALININ AÇILIŞI OLUB

by editor

Sentyabrın 3-də Şirvanşahlar Sarayı Kompleksində 8-ci “ANİMAFİLM” Beynəlxalq Animasiya Festivalının açılışı olub. Festival Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Kino Agentliyinin, həmçinin “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin dəstəyi ilə Azərbaycan Animasiya Assosiasiyası və “PERİ FILM” MMC tərəfindən təşkil olunub.

Festivalın açılışının əsas hadisəsi Çexiya, Slovakiya, Sloveniya və Fransanın istehsalı olan “Sehrli bağdan nağıllar” (Tales from the magic garden) animasiya filminin nümayişi olub.

“ANİMAFİLM” Beynəlxalq Animasiya Festivalının direktoru, rejissor, prodüser, Azərbaycan Animasiya Assosiasiyasının sədri Rəşid Ağamalıyev: ““ANİMAFİLM-2025”in mövzusu “Pişiklər”dir. Festivala 4 beynəlxalq və 1 yerli kateqoriya üzrə 62 ölkədən 317 film qeydiyyatdan keçib”.

8-ci “ANİMAFİLM” Beynəlxalq Animasiya Festivalı çərçivəsində animasiya filmlərinin nümayişi, tədbirlər, ustad dərsləri, xarici və azərbaycanlı mütəxəssislərlə görüşlər, təqdimatlar və viktorinalar təşkil olunacaq.

Festival sentyabrın 7-dək davam edəcək.

Əlaqədar Yazılar