Əsas EKRANDA“AD GÜNÜ ŞAMLARI” FİLMİNİN BİLƏSUVAR VƏ LƏNKƏRANDA XÜSUSİ QAPALI NÜMAYİŞİ BAŞ TUTDU

“AD GÜNÜ ŞAMLARI” FİLMİNİN BİLƏSUVAR VƏ LƏNKƏRANDA XÜSUSİ QAPALI NÜMAYİŞİ BAŞ TUTDU

by editor

“Ad günü şamları” filminin xüsusi qapalı nümayiş proqramı çərçivəsində Biləsuvar Gənclər evi və Lənkəran mərkəzində nümayişi keçirilmişdir.

Biləsuvar rayonu üzrə gənclər və idman sektorunun müdiri Azad Quliyev qonaqları və tamaşaçıları salamlamış və 2-ci Qarabağ müharibəsindən bəhs edən filmin ilk nümayişinin Biləsuvar rayonunda keçirilməsinin onlar üçün çox xoş olduğunu vurğulamışdır. Rejissor Murad Allahverdi və komandanın salamını çatdıran Afaq Yusifli zalı salamladı və filmə gəldikləri üçün müəllim və tələbələrə təşəkkür etdi. Filmdən sonra isə tamaşaçıların sullarını cavablandırdı. Rejissor-prodüser İntiqam Hacılının moderatorluğu ilə filmdən sonra aktiv müzakirə baş tutdu. Biləsuvarlı gənclərlə filmin mövzusu, rejissor yozumu, ümumən film izləmə vərdişi və s. mövzularda müzakirə baş tutdu.

Lənkəran şəhər Gənclər mərkəzində 28.02.2026-cı ildə baş tutan nümayişdə isə Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin əməkdaşı Humay Haşımlı və Lənkəran şəhər Gənclər Mərkəzinin direktoru Xəyyam Tahirzadə tamaşaçıları və filmin yaradıcı heyətini salamladı. 2-ci Qarabağ müharibəsi qazisindən bəhs edən filmin əhəmiyyətindən bəhs etdi.

Filmdən sonra rejissor Murad Allahverdi və produser Afaq Yusifli (digər produserlər – Murad Allahverdi, Nicat Dadaşov, Tural Əhmədsoy) rejissor-produser İntiqam Hacılının moderatorluğu ilə sual cavab sessiyasında iştirak etdilər. Tamaşaçıların fikirlərini dinlədilər və verilən sualları cavabladılar.

Əlaqədar Yazılar