Əsas ARKA-DAARKA-NIN DƏSTƏK GÖSTƏRDİYİ FİLM VENESİYA FİLM FESTİVALINDA!

ARKA-NIN DƏSTƏK GÖSTƏRDİYİ FİLM VENESİYA FİLM FESTİVALINDA!

by editor

Azərbaycan Respublikasının Kino Agentliyinin dəstək göstərdiyi, rejissor Hilal Baydarovun “Boşluğa xütbə” adlı bədii filmi dünyanın ən nüfuzlu kino tədbirlərindən biri olan 82-ci Venesiya Beynəlxalq Film Festivalının rəsmi proqramına seçilib. Film “Müsabiqədənkənar – Bədii Filmlər” (Out of Competition – Fiction) bölməsində təqdim olunacaq.

Rejissorun “Xütbə” trilogiyasının sonuncu filmi olan “Boşluğa xütbə” Azərbaycan, Meksika və Türkiyənin ortaq istehsalıdır və dünyanın sonu yaxınlaşarkən Şah İsmayılın dirilik suyunu axtarmaq üçün çıxdığı səyahətdən bəhs edir.

Qeyd edək ki, bu, Hilal Baydarovun Venesiyada nümayiş olunan ikinci filmidir.

Əlaqədar Yazılar