Əsas ARKA-DA ARKA TƏMSİLÇİSİ BEYNƏLXALQ MÜSABİQƏNİN MÜNSİFLƏR HEYƏTİNİN SƏDRİ TƏYİB OLUNUB

ARKA TƏMSİLÇİSİ BEYNƏLXALQ MÜSABİQƏNİN MÜNSİFLƏR HEYƏTİNİN SƏDRİ TƏYİB OLUNUB

by editor

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tabeliyində Azərbaycan Respublikasının Kino Agentliyinin Audiovizual Sənayenin İnkişafı və Strateji Təhlil şöbəsinin müdiri Rüfət Qarazadə 11-ci Beynəlxalq Egeart Qısametrajlı Filmlər Müsabiqəsinin Beynəlxalq film kateqoriyası üzrə münsiflər heyətinin sədri təyin olunub. Bu barədə məlumat Ege Universitetinin rektorluğu və Səhiyyə, Mədəniyyət və İdman idarəsi Mədəniyyət və İncəsənət Xidmətlərinin Şöbə müdirliyi tərəfindən verilib.

Müsabiqə Türkiyənin İzmir şəhərində yerləşən Ege Universitetində 12-17 oktyabr 2024-cü il tarixlərində keçirilir.

Filmlərin seçilməsində təşkilatçılığa görə ARKA-nın təmsilçisi Rüfət Qarazadəyə Ege Universitetinin prorektoru, professor, Dr. Mehmet Ersanın imzası ilə universitet rəhbərliyi tərəfindən xüsusi təşəkkürnamə də təqdim edilib.

Əlaqədar Yazılar