Əsas ANALİTİKAAZƏRBAYCAN PRODÜSERLƏR GİLDİYASI BEYNƏLXALQ KİNO PRODÜSERLƏRİ ASSOSSASİYALARI FEDERASİYASINA ÜZV QƏBUL EDİLİB

AZƏRBAYCAN PRODÜSERLƏR GİLDİYASI BEYNƏLXALQ KİNO PRODÜSERLƏRİ ASSOSSASİYALARI FEDERASİYASINA ÜZV QƏBUL EDİLİB

by editor

Azərbaycanın kino sənayesi üçün mühüm hadisə baş verib. Azərbaycan Prodüserlər Gildiyası (APG) rəsmi olaraq dünyanın ən nüfuzlu kino təşkilatlarından biri olan FİAPF-a (Beynəlxalq Kino Prodüserləri Assossasiyaları Federasiyası) tamhüquqlu üzv qəbul edilib. Üzvlük 1 yanvar 2026-cı il tarixindən rəsmi şəkilkdə aktiv olacaq.

Azərbaycan Prodüserlər Gildiyasının FİAPF-a qoşulması Azərbaycan kinosunun beynəlxalq səviyyədə tanınması və mövqeyinin güclənməsi istiqamətində atılan strateji bir addımdır.

Azərbaycan Prodüserlər Gildiyasının sədri Müşfiq Hətəmov: “FİAPF-a üzvlük Azərbaycan prodüserlərinin işini beynəlxalq standartlara uyğunlaşdırmaq və onları qlobal kino bazarına inteqrasiya etmək üçün geniş imkanlar açır. Bu həm prodüserlərin  hüquqlarının daha etibarlı qorunması, həm də yerli kino layihələrinə xarici investisiyaların cəlb edilməsi, beynəlxalq koproduksiya layihələrində iştirakın artırılması baxımından tarixi əhəmiyyətə malikdir. Azərbaycan kinosu artıq dünyanın aparıcı kino ölkələri ilə bir platformada təmsil olunur”.

Azərbaycan Prodüserlər Gildiyası bu yeni statusdan istifadə edərək aşağıdakı istiqamətlərdə fəaliyyətini gücləndirməyi planlaşdırır:

  • Müəllif, prodüser hüquqları və kino istehsalı ilə bağlı beynəlxalq qanunvericilik sahəsində təkmilləşdirmələrə nail olmaq.
  • FİAPF şəbəkəsi vasitəsilə Azərbaycan kinosunu xarici prodüserlərə, distribyutorlara və investorlara daha fəal şəkildə tanıtmaq.

Azərbaycan Prodüserlər Gildiyası Azərbaycanın aparıcı kino və televiziya prodüserlərini özündə birləşdirən İctimai Birlikdir. Təşkilatın əsas məqsədi üzvlərinin hüquqlarını qorumaq və maraqlarını müdafiə etmək, yerli audio-vizual sənayenin inkişafına dəstək vermək, audivizaul sahədə beynəlxalq əməkdaşlığı təşviq etməkdir.

Əlaqədar Yazılar