1
“Fondazione Prada” Film Fondu müstəqil kinonu dəstəkləyən illik təşəbbüsdür. Hər il ölkə, mövzu, janr və ya dil baxımından heç bir məhdudiyyət olmadan film layihələrinin seçimini açıq elan edir. Müraciət dövrü 1 sentyabr – 17 oktyabr 2025-ci il tarixləri arasında açıqdır.
Layihələr həm inkişaf, istehsal həm də post-prodakşn mərhələsində təqdim oluna bilər. Yekun seçim yalnız keyfiyyət, orijinallıq, baxış bucağı, eləcə də istehsalçı şirkət strukturunun gücü və etibarlılığı kimi meyarlara əsaslanacaq.
“Fondazione Prada” Film Fondunun ilk buraxılışı üçün seçilən layihələrin adları 2026-cı ilin yanvar-fevral ayları arasında açıqlanacaq. Əlavə və daha ətraflı məlumat üçün rəsmi link – https://www.fondazioneprada.org/film-fund/?lang=en