Əsas ELANLAR BİENNALE SİNEMA KOLLECİ – BEYNƏLXALQ LAYİHƏLƏRİN QƏBULUNU ELAN EDİR

BİENNALE SİNEMA KOLLECİ – BEYNƏLXALQ LAYİHƏLƏRİN QƏBULUNU ELAN EDİR

by editor

Biennale Sinema Kolleci (Biennale College Cinema) – Beynəlxalq layihələrin qəbulunu elan edir.

Dünyanın hər yerindən olan rejissor və prodüser komandaları müraciət edə bilərlər. Layihə seminarlar ərzində seçilmiş audiovizual işlərin ideya mərhələsindən etibarən inkişafı, istehsalı, rejissorluğu, marketinqi, auditoriya planı və s. əhatə edəcək.

Qəbul qaydaları:

Müraciət yalnız rejissor və prodüserdən ibarət bir komanda tərəfindən təqdim olunmalıdır.
Rejissor: ilk debut və ya ikinci audiovizual işlərini təqdim edən şəxs,

Prodüsüer: ən azı 3 audiovizual işi olan (qısa film, veb sənədli film, veb serial, musiqi videosu, reklam və s.) şəxs.

Tələb olunan sənədlər:

  • Sinopsis
  • Tritment (filmin geniş izahı)
  • Rejissorun vizual şərhi
  • Rejissorun əvvəlki işləri (maksimum 2 iş)
  • Kastinq nümunəsi
  • Ümumi büdcə (maksimum 200.000 avro)
  • Rejissor və prodüserin bioqrafiyaları və filmoqrafiyaları
  • İstehsalçı şirkətin profili
  • Video-pitch formasında təqdimat
  • Hədəf auditoriyası planı

Son müraciət tarixi: 3 iyul 2025

Seçim La Biennale di Venezianın Kino Departamentinin Bədii Direktorluğu tərəfindən həyata keçiriləcək. 82-ci Venesiya Beynəlxalq Film Festivalı çərçivəsində keçiriləcək Biennale College Cinema təlimində iştirak üçün doqquz komanda seçiləcək. Bu komandalar oktyabr ayında keçiriləcək 10 günlük inkişaf seminarına dəvət olunacaqlar. Onlara yanvar ayında elan olunmuş BCC-İtalia elanı vasitəsilə seçilmiş üç komanda da qoşulacaq.

Layihə barədə ətraflı məlumat üçün rəsmi elan:

https://www.labiennale.org/en/cinema/2025/bcc-14-international-call

Əlaqədar Yazılar