Əsas ARKA-DA“BULVARDA KİNO AXŞAMI” KEÇİRİLİB

“BULVARDA KİNO AXŞAMI” KEÇİRİLİB

by editor

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin və ARKA-nın dəstəyi, Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası və Dənizkənarı Bulvar İdarəsinin birgə təşkilatçılığı ilə “Bulvarda kino axşamı” adlı yeni layihənin icrasına başlanılıb.

Layihə çərçivəsində iyulun 19-da keçirilən ilk təqdimatda C. Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının istehsalı olan “Görüş” filmi nümayiş olunub.

Layihənin məqsədi gənc nəslin vətənpərvərlik və milli ruhda maarifləndirilməsi, Azərbaycan kinosunun yalnız Bakı sakinlərinə deyil, şəhərimizdə qonaq olan turistlərə də tanıdılmasıdır. Yeni layihənin ilk təqdimatında yüzlərlə izləyici iştirak edib.

Layihə çərçivəsində “Azərbaycanfilm”in geyim və rekvizitləri, çəkiliş və texniki avadanlıqları da sərgilənib. Sərgini ziyarət edənlər sevdikləri film qəhrəmanlarının onlara tanış olan qiyafələrini və aksessuarlarını, eləcə də çəkiliş zamanı istifadə olunan avadanlıqları maraqla izləyiblər.

Onu da qeyd edək ki, “Bulvarda kino axşamı”nın növbəti təqdimatı Azərbaycan kinosunun 127 illiyinə həsr ediləcək. Bu münasibətlə avqustun 1-də və 2-də bulvarda daha iki film nümayiş olunacaq.

Əlaqədar Yazılar