Əsas FESTİVALLARDANİEL QULİYEVİN YENİ LAYİHƏSİ “TORİNO FİLM LAB”DA

DANİEL QULİYEVİN YENİ LAYİHƏSİ “TORİNO FİLM LAB”DA

by editor

Rejissor və operator Daniel Quliyevin “Soviet Western” adlı tammetrajlı bədii film layihəsi Torino Film Lab-ın TFL Next – Green Narratives proqramına seçilib. Layihənin rejissoru Daniel Quliyev, ssenari müəllifi və prodüseri Samaya Hillenbrand laboratoriyada iştirak edəcək və sahənin ən ilhamverici mentorlarının rəhbərliyi altında çalışacaqlar.

“Soviet Westrn” layihəsi 1980-ci illərdə Sovet İttifaqının küləkli çöllərində yerləşən nüvə raket bazasında xidmət edən iki zabitin vəzifə borcunu yerinə yetirmək məcburiyyəti ilə vicdani dilemma arasında qalmasından bəhs edir. Bu qarşıdurma onların inandıqları dəyərləri sarsıdır.

Xatırladaq ki, İtaliyanın Turin şəhərində fəaliyyət göstərən Torino Film Lab İtaliya Milli Kino Muzeyi tərəfindən təsis edilib və Avropa Şurasının “Kreativ Avropa” media proqramının dəstəyi ilə keçirilir. Laboratoriya dünyanın müxtəlif yerlərindən olan kinematoqrafçılara layihələrinin inkişafı üzrə təlimlərdə iştirak imkanı yaradır, həmçinin istehsal və distribyusiyası məsələlərində kömək edir.

Əlaqədar Yazılar