DokuBaku Beynəlxalq Sənədli Film Festivalı sənədli film müəlliflərini bu dərin mövzuları araşdıran filmlərini təqdim etməyə dəvət edir. İstər qədim rituallar, istər fərdi transformasiya, istərsə də qeyri-ənənəvi baxış bucaqları olsun — sizin filminiz “ilahilik” anlayışına işıq tuta bilər.
Festivalın relizində qeyd olunur:
““İLAHİLİK” anlayışı sizin üçün nə deməkdir? Təbiətin valehedici gözəlliyi, insan ruhunun sarsılmaz gücü, qədim inancların dərinliyi, yoxsa yaradıcılığın ilahi qığılcımı? Ola bilsin, bu anlayış gündəlik həyatın səssiz anlarında, ya da bütöv sivilizasiyaları formalaşdıran güclü hekayələrdə gizlidir. İnsanlıq yeni bir mərhələyə — Hipermatris adlanan reallığa daxil olur. Burada hər bir fikir, hərəkət və baxış enerji hörgüsündə birləşərək “ilahilik” dediyimiz anlayışa yeni ölçülər verir. Bu reallıq bizi daha yüksək bir şüura — 5D dünyasına doğru oyadıb aparır. Bu kainatda hər şey enerjidir, hər şey hiss edir və nəfəs alır. Biz hamımız məhəbbət ritminin — kosmosun ürək döyüntüsünün — bir hissəsiyik. İndi hər birimizin üzərinə düşən məsuliyyət — birlikdə daha ahəngdar, bağlı və oyanmış gələcək qurmaqdır”.
Azərbaycan Kinematoqrafçılar İttifaqı hər il olduğu kimi bu ildə DokuBaku festivalına maliyyə ayırıb.
Festivalın keçiriləcək tarixləri: 13–19 oktyabr 2025