Əsas EKRANDAGƏNCƏDƏ KİNO GÜNLƏRİNƏ START VERİLİR

GƏNCƏDƏ KİNO GÜNLƏRİNƏ START VERİLİR

by editor

Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) ölkənin müxtəlif bölgələrində milli kinematoqrafiyanın təbliği və tamaşaçı auditoriyasının genişləndirilməsi məqsədilə film nümayişləri təşkil edir. Layihə çərçivəsində Azərbaycanın müasir tanınmış rejissorlarının bədii və sənədli filmləri regionlarda nümayiş olunur, tamaşaçılarla yaradıcı görüşlər keçirilir.

Bu təşəbbüsün əsas məqsədi, paytaxtdan kənarda yaşayan tamaşaçıların da müasir Azərbaycan kinosu ilə daha yaxından tanış olmasına şərait yaratmaq, kino mədəniyyətini regionlarda canlandırmaq və gənc tamaşaçılar arasında kinoya marağı artırmaqdır. Nümayişlərdən sonra filmlərin yaradıcı heyəti ilə müzakirələr və sual-cavab sessiyaları da tədbirin əsas hissəsidir.

Layihə çərçivəsində “Aranda kino günləri”, “Lənkəranda kino günləri”, “Şirvanda kino günləri” və s. bir neçə bölgədə ardıcıl təşkil olunub və proqramda həm dövlət sifarişi, həm də müstəqil Azərbaycan filmləri yer alıb. 11-12-13 mart tarixlərində isə “Gəncədə kino günləri” baş tutacaq. Tədbir çərçivəsində rejissor Zaur Qasımlının “Tağıyev: Neft”, Mirsadıq Ağazadənin “Eviniz abad” tammetrajlı bədii filmləri,  Pərviz Həsənovun “Başlıbel – Mühasirə gündəliyi” tammetrajlı sənədli filmi, Fariz Əhmədovun “Sonuncu”, Tahir Tahiroviçin “O, Xarqo idi” qısametrajlı sənədli filmləri, Elvin Adığözəlin “Rəna xanımın çəkilişi”, Teymur Qəmbərovun “Quxuroba”, Orxan Ağazadənin “Oturacaqlar”,  Emin Əfəndiyevin“Tənha insanın monoloqu”, Qulu Əsgərovun “Hasar” qısametrajlı bədii filmləri nümayiş olunacaq.

GƏNCƏDƏ KİNO GÜNLƏRİNİN PROQRAMI

11 mart, 2026, saat 11:00

“Tağıyev: Neft” tammetrajlı bədii film (rejissor Zaur Qasımlı)

Gəncə şəhər Heydər Əliyev Mərkəzi

15:00

“Tənha insanın monoloqu” qısametrajlı bədii film (rejissor Emin Əfəndiyev)

“O Xarqo idi” qısametrajlı sənədli film (rejissor Tahir Əliyev)

Gəncə şəhər Heydər Əliyev Mərkəzi

12 mart, 2026

11:00

“Başlıbel – Mühasirə gündəliyi” tammetrajlı sənədli film (rejissor Pərviz Həsənov)

Gəncə şəhər Məhsəti Gəncəvi Mərkəzi

15:00

“Sonuncu” qısametrajlı sənədli film (rejissor Fariz Əhmədov)

“Hasar” qısametrajlı bədii film (rejissor Qulu Əsgərov)

Gəncə şəhər Məhsəti Gəncəvi Mərkəzi

13 mart 2026

11:00

“Eviniz abad” tammetrajlı bədii film (rejissor Mirsadıq Ağazadə)

Gəncə şəhər Məhsəti Gəncəvi Mərkəzi

15:00

“Rəna xanımın çəkilişi” qısametrajlı bədii film (rejissor Elvin Adıgözəl)

“Quxuroba” qısametrajlı bədii film (rejissor Teymur Qəmbərov)

“Oturacaqlar” qısametrajlı bədii film (rejissor Orxan Ağazadə)

Gəncə şəhər Məhsəti Gəncəvi Mərkəzi

AKİ bu təşəbbüslə milli kinonun regionlarda daha geniş auditoriyaya çatdırılmasını və kino sahəsində dialoqun inkişafını hədəfləyir.

Əlaqədar Yazılar