Rejissor Azər Quliyevin “Sanki yoxsan” adlı qısametrajlı bədii filmi 77-ci Kann Film Festivalının Qısametrajlı filmlər müsabiqəsinə qəbul edilən 11 filmdən biridir. 4420 film arasından seçilən müsabiqə filmləri 10 ölkəni təmsil edir: Azərbaycan, Bolqarıstan, Braziliya, Çin, Fransa, Xorvatiya, Kanada, Kosovo, Litva, Protuqaliya və ABŞ.
Qeyd edək ki, müstəqil Azərbaycanın tarixində ilk dəfə 2014-cü ildə “Sonuncu” adlı qısametrajlı filmlə (rejissor Sergey Pikalov) festivalın müsabiqə bölməsində iştirak etmişik. Bu, bizim ikinci iştirakımızdır.
“Sanki yoxsan” filminin əsas qəhrəmanı Leyladır.
Samir və Leyla ailələrindəki ixtilafdan qaçmaq qərarına gəldikdə, Samir səhəri gün yoxa çıxır. Leylanın axtarışı onu tələyə salır, onun müəmmalı şəkildə yoxa çıxması ilə barışır, özü də sirrin bir hissəsinə çevrilir.
İstehsal ili: 2024
İstehsalçı: Azərbaycan, Fransa
Müddət: 15 dəqiqə
Rejissor: Azər Quliyev
Ssenari müəllifləri: Azər Quliyev, Nicat Muxtarov
Operator: Konstantinos Koukoulios
Rəssam: Quram Navrizaşvili
Rollarda: Milana Həsənova
Montajçılar: Nikolas Milteau, Mosmanue
Geyim rəssamı: Fidan Əbilova
Rəng korreksiyası: Dimitris Karteris
Səs rejissorları: Sənan Güləhmədzadə, Tomas Robert, Laure Arto
İcraçı prodüser: Mehman Fətullayev
Koprodüser: Əli-Səttar Quliyev
Prodüser: Sebastien Hussenot
Builki festivalın mükafatlandırma mərasimi 25 may tarixində keçiriləcək. Yaradıcı heyətə uğur diləyirik!