Silsilə tədbirlər çərçivəsində Nizami Kino Mərkəzində yerli filmlərin nümayişi uğurla tamalandı.
2 Avqust 2025-ci il tarixində Azərbaycan Kinosu Günü münasibətilə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının Kino Agentliyi və Nizami Kino Mərkəzinin birgə təşkilatçılığı ilə “Kino səni gözləyir!” devizi ilə silsilə tədbirlər çərçivəsində xüsusi kino nümayişləri keçirildi.
Tədbir çərçivəsində yerli rejissorların müxtəlif janrlarda çəkdiyi filmlərin nümayişi təşkil olunmuşdu. Gün ərzində Nizami Kino Mərkəzində nümayiş etdirilən filmlər həm tematik baxımdan müxtəlif, həm də rejissor yanaşmalarına görə fərqli üslublarla seçilirdi. Tədbir Nizami Kino Mərkəzinin nümayiş zalında təşkil olunaraq kinosevərlər və yaradıcı şəxslər tərəfindən böyük maraqla qarşılandı. Filmlərdən sonra iştirakçılar tərəfindən müxtəlif mövzularda fikir mübadiləsi aparıldı, rejissorlarla qısa diskussiyalar keçirildi.
Qeyd edək ki, layihə çərçivəsində aşağıda qeyd edilən filmlərin nümayişi təşkil olunmuşdur:
14:00 – “Müharibənin Gözləri”, rejissor: Elşən Zeynallı
15:10 – “Danışır və göstərir Şuşa”, rejissor: Murad Muradov
16:00 – “İkinci planetin qırmızı rəngi”, rejissor: Azər Quliyev
16:30 – “Hasar”, rejissor: Qulu Əsgərov
17:10 – “Son payız”, rejissor: Rüstəm Babazadə
17:40 – “İki gün”, rejissor: Teymur Qəmbərov







