Əsas ANALİTİKA KİNOTEATRLARDA NÜMAYİŞ OLUNAN FİLMLƏRİN STATİSTİKASI – 2023

KİNOTEATRLARDA NÜMAYİŞ OLUNAN FİLMLƏRİN STATİSTİKASI – 2023

by editor

Dövlət Statistika Komitəsinin 2022-ci ilin nəticələrinə görə açıqladığı məlumata əsasən, ölkə ərazisində qeyri-dövlət kinoteatrlarında ümumilikdə 77 nümayiş zalında 10845 yer mövcuddur. Həmin mənbəyə görə, 2022-ci ildə ümimilikdə ölkə kinoteatrlarında 560 film nümayiş olunub. Bunlardar 60-ı yerli, 500-ü isə xarici ölkələrin istehsalıdır.

Azərbaycanda iki özəl kinoteatr şəbəkəsi fəaliyyət göstərir: Cinema Plus və Park Cinema.

2023-cü ilin statistikasını öyrənmək üçün kinoteatrlara müraciət etdik.

Məlum oldu ki,Cinema Plus kinoteatrlar şəbəkəsində 2023-cü ildə ümumilikdə 219 film göstərilib. Bu filmlərdən 14-ü yerli, 205-i isə xarici ölkələrin istehsalıdır. 2023-cü ildə Cinema Plus kinoteatrlar şəbəkəsində yerli filmlər 6.39% təşkil edib.

Park Cinema kinoteatrlar şəbəkəsində isə 2023-cü il ərzində 213 film nümayiş olunub. Bunlardan 29-u yerli, 184-ü xarici istehsaldır. 2023-cü ildə Park Cinema kinoteatrlarında nümayiş olunan filmlər 13.61% təşkil edib.

2023Cinema PlusPark Cinema
SayıFaiz nisbətiSayıFaiz nisbəti
Ümumi filmlər219100213100
Yerli filmlər146.392913.61
Xarici filmlər20593.6118486.39
     

İl yeni başlasa da, kinoteatrlar üzrə nümayiş olunan yerli filmlərin aktivliyindən belə qənaətə gəlmək olar ki, 2024-cü ildə kinoteatrlarda nümayiş olunan milli filmlərin nisbəti daha çox olacaq.

Əlaqədar Yazılar