Əsas FESTİVALLAR NURLAN HƏSƏNLİNİN “HƏVƏSKAR FOTOQRAFIN AİLƏVİ PORTRETİ” FİLM LAYİHƏSİ İSTEHSAL DƏSTƏYİ ALIB

NURLAN HƏSƏNLİNİN “HƏVƏSKAR FOTOQRAFIN AİLƏVİ PORTRETİ” FİLM LAYİHƏSİ İSTEHSAL DƏSTƏYİ ALIB

by editor

Nurlan Həsənlinin debüt tammetrajlı sənədli film layihəsi “Həvəskar fotoqrafın ailəvi portreti” IDFA Bertha Fund tərəfindən istehsal dəstəyi ilə mükafatlandırılıb.

Film rejissorun öz ailəsi ilə bir filmi çəkmək prosesini əks etdirir. Rejissor filmini ərsəyə gətirmək üçün ailəsindən kömək istəyir. Onlardan aktyor kimi yararlanmaq niyyətindədir. Çəkiləcək qısa metrajlı ssenarinin mövzusu isə öz ailə fərdlərini bir yerə yığıb ailəvi şəkil çəkdirməkdir. Amma sənədli filmdən aydın olur ki, hər birinin özünəxas dərdi olan real ailə fərdlərini bir yerə gətirmək daha da çətindir.

Qeyd edək ki, layihə bundan əvvəl eyni fonddan inkişaf dəstəyi alıb, Al Jazeera Balkans Documentary Film Festivalı çərçivəsində baş tutan piçinq müsabiqəsində qalib olub, IDFA Project Space, ”B2B Doc”, “CineDoc Tbilisi”, “When East Meet West”, GoEast Şərq-Qərb Talant Laboratoriyası, “Jihlava New Visions”, “Close-Up” inkişaf proqramlarına seçilib, Berlin Film Festivalı Avropa Film Marketində (2024) təqdim olunub. Layihə Azərbaycan Kinematoqrafçılar İttifaqının kiçik qrantını da əldə edib.

Film Azərbaycan və Gürcüstanın ortaq istehsalıdır. Filmin prodüserləri Emil Nəcəfov və İrina Qelaşvili, təsviri rejissoru Natiq Hüsiyevdir.

Əlaqədar Yazılar