Əsas FESTİVALLAR SUAD QARANIN “MƏHSƏTİ”SİFESTİVAL HƏYATINA BAŞLAYIR

SUAD QARANIN “MƏHSƏTİ”SİFESTİVAL HƏYATINA BAŞLAYIR

by editor

Rejissor Suad Qaranın “Məhsəti” qısametrajlı bədii filmi beynəlxalq festival səyahətinə başlayır. Filmin ilk dayanacağı nüfuzlu XI Mammoth Lakes Film Festivalı (Kaliforniya) olacaq.

Feminizm ruhunda qurulmuş müasir nağıl olan “Məhsəti” XII əsrdə yaşamış azərbaycanlı şairə Məhsəti Gəncəviyə bənzəməyə çalışan gənc aktrisanın daxili axtarışları və özünü tanımaq cəhdləri haqqındadır. Mina öz dövrünün qalmaqallı simalarından olan şairə Məhsəti Gəncəvinin rolunu canlandırmaqda çətinlik çəkir. Dostlarının təşviqi ilə şəhərdə bir gecəlik gəzintiyə çıxan qadının cəzbedici bir kişi ilə qarşılaşması onun ilham axtarışlarını şərq nağılını xatırladan sərgüzəştə çevirir.

Filmdə baş rolları Fərqanə Abdulla, Cavanşir Sərdarlı, Elnur Musayev, Mələksima Məmmədova və İlqar Aydın ifa edirlər. Filmin operatoru Barbu Balasu, bəstəkarı Katya Yonderdir.

Azərbaycan (“CİNEX prodakşn”) və Rumıniyanın  (“MicroFilm” şirkəti) birgə istehsalı olan filmin prodüserləri Mariya İbrahimova və Ada Solomondur.

Əlaqədar Yazılar