Əsas ARKA-DA “TƏRSİNƏ KÖLGƏLƏR” FİLMİ 21-Cİ KAZAN BEYNƏLXALQ FİLM FESTİVALINDA NÜMAYİŞ OLUNACAQ

 “TƏRSİNƏ KÖLGƏLƏR” FİLMİ 21-Cİ KAZAN BEYNƏLXALQ FİLM FESTİVALINDA NÜMAYİŞ OLUNACAQ

by editor

Kinotənqidçi, Azərbaycan Kinotənqidçilər və Kinoşünaslar Gildiyasının sədr müavini, rejissor Hacı Səfərovun “Tərsinə kölgələr” adlı qısametrajlı bədii debüt filmi 21-ci Kazan Beynəlxalq Film Festivalının “Qısametrajlı filmlər” bölməsində nümayiş etdiriləcək.

Film, yazıçı Rahim Dünyamalının “Tərsinə addımlayan kölgələr” romanının motivləri əsasında çəkilib.

İllər sonra azadlığa çıxmış qəhrəman dramatik dilemma qarşısında qalır. O, sevgi və intiqam arasında seçim etməlidir.

Filmin ssenaristi və quruluşçu rejissoru H.Səfərov, prodüserləri Emil Nəcəfov, H.Səfərov, Türkan Hüseyn, operatoru Elvin Məmməd, quruluşçu rəssamı Bahar Dəmir, Pərviz Bayramquliyev, Gülnar Rəhimzadə, bəstəkarı Nigar Süleyman, montajçıları Mirzəli Əlizadə, Mətləb Muxtarov, ikinci rejissoru Vəfa Fətullayeva, xətt prodüseri Ülviyyə Məmmədovadır. Filmdə baş rolları Əməkdar artist Rasim Cəfər və Zülfiyyə Məmmədova canlandırıblar.

Film, “Chinar Film” MMC tərəfindən istehsal olunub. Ekran əsəri 2024-cü ildə ARKA tərəfindən keçirilən “Post-prodakşn mərhələsində olan filmlərə dəstək” müsabiqəsində qalib gəlib. Azərbaycan Kinematoqrafçılar İttifaqı filmin çəkilişlərinə maliyyə dəstəyi ayırıb. Filmin ərsəyə gəlməsinə “Ultra Production” və “Düymə” Agentliyi də dəstək göstəriblər.

Əlaqədar Yazılar