Əsas ARKA-DAV KORKUT ATA TÜRK DÜNYASI FİLM FESTİVALININ MÜKAFATLANDIRMA MƏRASİMİ KEÇİRİLİB

V KORKUT ATA TÜRK DÜNYASI FİLM FESTİVALININ MÜKAFATLANDIRMA MƏRASİMİ KEÇİRİLİB

by editor

V Korkut Ata Türk Dünyası Film Festivalı Türk Dünyasının 2025-ci il Mədəniyyət Paytaxtı Aktauda keçirilən bağlanış və mükafatlandırma mərasimi ilə yekunlaşıb. 200-ə yaxın prodüser, rejissor, ssenarist, aktyor və kino sənayesi nümayəndələrinin bir araya gəldiyi festivalda qonaqlar film nümayişi, panellər və peşəkar görüşlər vasitəsilə Türk Dünyasının Mədəniyyət Paytaxtı Aktau ilə tanış olublar.

Qazaxıstandan Aydın Saxmanın sədrlik etdiyi festivalın münsiflər heyətində Sadıqsaleh Bayramov (Türkmənistan), Nazira Mukuşeva (Qazaxıstan), Mehriban Zəki (Azərbaycan), Ümid İskəndərov (Özbəkistan), Argen Adil Uluu (Qırğızıstan), Ensar Altay (Türkiyə), Mirsadıq Ağazadə (Azərbaycan), Ömer Faruk Aksoy (Türkiyə), Hasan Kıdıraliyev (Qırğızıstan), Dövlətgəldi Xudaverdiyev (Türkmənistan) və Gülnarə Abdurəhmanova (Özbəkistan) yer lıb.

Festivalın mükafatlandırma məraismində münsiflər heyətinin qərarları açıqlandı. 5 sənədli film, 8 tammetrajlı film ükafatladırılanlar rasında oldu.

MÜKAFATLAR

BƏDİİ FİLMLƏR

• Xüsusi mükafat: “Qaçqın” (Qırğızıstan)

• Münsiflər heyətinin xüsusi mükafatı: “Kitab” (Türkmənistan)

• Ən yaxşı aktrisa: Yulduz Rəcəbova – “Şəmsqəmər” (Özbəkistan), Mine Doğan – “Relsdən kənarda” (Türkiyə)

• Ən yaxşı aktyor: Pərviz Məmmədrzayev – “Tağıyev. Neft” (Azərbaycan)

• Ən yaxşı ssenari: Taleh Yüzbəyov – “Bəlkə də…” (Azərbaycan)

• Ən yaxşı rejissor: Aruan Anartai – “Joqtau” (Qazaxıstan)

• Ən yaxşı bədii film: “Qara. Qızıl. Sarı” (Qırğızıstan)

SƏNƏDLİ FİLMLƏR:

• Birinci yer: “Akesine, menin ata-atamnin akesine, onyn atasy ushin pranikter” (Qazaxıstan)

• İkinci yer: “Nargın: Sona qədər sirli” (Azərbaycan)

• Üçüncü yer: “Bartokun izi ilə” (Macarıstan)

• Münsiflər heyətinin xüsusi mükafatı: “Dağın nəğmələri” (Türkiyə), “Boz Ui” (Qırğızıstan)

TÜRKSOY Xüsusi Mükafatı: “Göytürklərin dirilişi” (Türkiyə)

Türk Dünyası Mədəniyyət və İncəsənətinə Töhfə Mükafatı: TİKA (Türkiyə), Samal İslamova (Qazaxıstan)

Əlaqədar Yazılar