Əsas ANALİTİKA2025-Cİ İLİN İLK 6 AYININ KİNOTEATR NÜMAYİŞLƏRİ

2025-Cİ İLİN İLK 6 AYININ KİNOTEATR NÜMAYİŞLƏRİ

by editor

Hər həftə kinoteatrlarda yeni filmlər nümayişə çıxarılır. Bu filmlərdən daha çox tamaşaçı baxışı toplayanlar növbəti həftələrdə də baxış sayını artırmaqla kinoteatr həyatını davam etdirirlər. Tamaşaçı sayı az olan filmlər is təbii rəqabətə tab gətirməyərək daha erkən nümayişdən çəkilir.

Ölkə ərazisində fəaliyyət göstərən kinoteatrlar yerli film istehsalının həcmini müəyyən etmək üçün vacib göstəricilərdən biridir. Hazırda Azərbaycanda iki özəl kinoteatr şəbəkəsi fəaliyyətdədir: Cinemastercard və Park Cinema. Bunlardan başqa Mədəniyyət Nazirliyinin tabeliyindəki Nizami Kino Mərkəzi də yeni filmlərin nümayişi üzrə xidmət göstərir.

2025-ci ilin ilk 6 ayında ölkə kinoteatlarında ümumilikdə 16 yerli film nümayiş olunub. Bu filmlərin böyük əksəriyyətində – 9 filmdə komediya janrı üstünlük təşkil etsə də, xüsusilə fantastika, ekşn, tarixi, döyüş, bioqrafik, sosial dram, macəra, psixoloji melodram janrında olan filmlərin də nümayişdə olması görülməkdədir.

Bu filmlərin içərisində 2025-ci il ərzində ən çox nümayişdə olan film “Tağıyev. Neft”dir. Filmin nümayişi 01.11.2024-cü ildə bütün şəbəkələrdə başlasa da, hazırda seanslar Nizami Kino Mərkəzində davam etdirilir.

Qeyd edək ki, 2024-cü ilin ümumi statistikasına müraciət etsək müqayisəli mənzərə göz önündə canlanar. Belə ki, keçən ilin analoji dövründə kinoteatrlarda 20 yerli film nümayişdə olub.

Tamaşaçılara müxtəlif janrlarda maraqlı Azərbaycan filmləri, filmlərə isə bol kassa uğuru arzu edirik.

NFilmin adıNümayiş tarixləriNümayiş şəbəkəsiİstehsalçıRejissorProdüserJanr
1Səma ilə görüş (2024)07.03.2024-05.01.2025Nizami Kino MərkəziAzərbaycan Kino MərkəziRüfət ŞahbazovOrxan Mərdandram, ekşn, komediya
2Hozu 007 (2024)31.10.2024- 23.04.2025Cinemastercard, Park Cinema, Nizami KM3İ Cinemaİlham Yaşaroğluİslam Ağa, Məcid Hüseynovkomediya
3Tağıyev. Neft (2024)07.11.2024 – davam edirCinemastercard, Park Cinema, Nizami Kino MərkəziBakı Media MərkəziZaur QasımlıArzu Əliyevatarixi, bioqrafik
4Səriyyə (2024)29.11.2024 – davam edirCinemastercard, Park Cinema, Nizami Kino MərkəziWow mediaƏlixan RəcəbovNicat Yüsifzadəsosial dram, komediya
5Evdə qalmış 2 (2024)13.12.2024-06.04.2025Cinemastercard, Park Cinema, Nizami Kino MərkəziAND ProductionValeh ƏhmədovValeh Əhmədovkomediya, melodram
6Apatiya 2 (2025)09.01.2025 – davam edirCinemastercard, Park Cinema, Nizami Kino MərkəziHR Film ProductionHikmət RəhimovHikmət Rəhimovdram
7Otel Loo (2025)14.02.2025-23.04.2025Cinemastercard, Park Cinema, Nizami Kino Mərkəzi3İ Cinema, Gold Cine VisionElvin Rüstəmzadəİslam Ağakomediya
8Spinozanın tanrısı (2025)28.02.2025-02.04.2025Cinemastercard, Park Cinema, Nizami Kino MərkəziPelican Film ProductionCavid TəvəkkülRəsul Allahverdiyevpsixoloji melodram
9Qapı (2024) yenidən nümayiş13.03.2025 – davam edirCinemastercardVASH mediaVüsal ƏhmədzadəVüsal Əhmədzadəkriminal, tragikomediya
10Hal (2025)27.03.2025-09.04.2025Park Cinema, Nizami Kino MərkəziQatfar filmSədaqət KərimovaSədaqət Kərimovadram
114 təkər (2025)03.04.2025-25.04.2025Cinemastercard, Park Cinema, Nizami Kino MərkəziAlioglu Media GroupAmil AliAmil Alikomediya, macəra
12Bəlkə də (2025)03.04.2025 – davam edirCinemastercard, Park Cinema, Nizami Kino MərkəziArt BakersTaleh YüzbəyovTaleh Yüzbəyov, Nicat Muxtarovfantastika, mistika, tragikomediya
13Tağıyev. Çar (2025)03.04.2025 – davam edirCinemastercard, Park Cinema, Nizami Kino MərkəziBakı Media MərkəziZaur QasımlıArzu Əliyevatarixi, bioqrafik
14Heykəl (2025)17.04.2025 02.06.2025Cinemastercard, Park Cinema, Nizami Kino MərkəziNN FilmNatiq NovruzovNatiq Novruzov, Rəşad Nurikomediya
15Xocalı. Son toy (2025) qısametrajlı bədii-sənədli17.04.2025-23.04.2025CinemastercardGlobal Media GroupYusif ƏləkbərzadəFuad Hüseynəliyevdram
16Doğma torpaq (2025)24.04.2025-25.06.2025Cinemastercard, Park Cinema, Nizami Kino MərkəziNarimanfilmİlqar SafatNəriman Məmmədovdram, döyüş
        

Əlaqədar Yazılar