Əsas ARKA-DA 5 TƏLƏBƏ FİLMİ ARTIQ HAZIRDIR

5 TƏLƏBƏ FİLMİ ARTIQ HAZIRDIR

by editor

AZƏRBAYCAN RESPUBLİKASININ KİNO AGENTLİYİNİN DƏSTƏYİ İLƏ ÇƏKİLƏN FİLMLƏR ARTIQ TƏHVİL VERİLİB

Milli kinomuzun gələcəyi sayılan gənc müəllif və rejissorların inkişaf etdirilməsi, kino təhsilinin dəstəklənməsi Azərbaycan Republikasının Kino Agentliyinin prioritetlərindən biridir. Bu məqsədlə ARKA və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində fəaliyyət göstərən “Tədris Film” studiyası arasında 10 iyun 2024-cü il tarixində bağlanmış müqaviləyə əsasən, 2023-cü ildə keçirilən “Dövlət sifarişi və dəstəyi ilə istehsal olunan film layihələrinə dəstək müsabiqəsi”nin qalibləri olmuş və ADMİU-nun rejissorluq ixtisası üzrə təhsil alan tələbələrin kurs və diplom işlərinin hazırlanması üçün Agentlik tərəfindən 167 000 manat məbləğində vəsait ayrılmışdır.

Belə ki, ARKA müqaviləyə əsasən “Tədris Film” studiyasına 50 017 manat vəsait köçürmüş və ilkin mərhələdə adıçəkilən studiya tərəfindən aşağıda sadalanan 5 tələbə filmi Agentliyə təhvil verilmişdir:

“Fundament” (2024) – qısametrajlı bədii film

rejissor Mohammad Hossein Alipanahi

Loqlayn: Hər şey göründüyü kimi deyil.

“Qonaq” (2024) – qısametrajlı bədii film

rejissor Mirhafiz Həsənov

Loqlayn: İnsan nəfsiylə sınağa çəkilər.

“Sabah” (2024) – qısametrajlı bədii film

rejissor Lamiyə Həsənova

Loqlayn: Həyatı sabaha saxlamağa ehtiyac yoxdur.

“Şirin yuxu” (2024) – qısametrajlı sənədli film

rejissor Şöhlət İbrahimova

Loqlayn: İnsan hər günün xoşbəxtliyini yaşamalıdır.

“Tullantılar dünyası” (2024) – qısametrajlı sənədli film

rejissor Sadıq Əliverdibəyli

Loqlayn: Yaşadığımız planeti daha yaxşı məkana çevirək.

Əlaqədar Yazılar