Əsas FESTİVALLAR“AIAZ” BEYNƏLXALQ QISA FİLMLƏR FESTİVALI – QISA FİLMLƏRİN YENİ NƏFƏSİ

“AIAZ” BEYNƏLXALQ QISA FİLMLƏR FESTİVALI – QISA FİLMLƏRİN YENİ NƏFƏSİ

by editor

AZƏRBAYCANIN İLK SÜNİ İNTELLEKTLƏ ÇƏKİLMİŞ FİLMLƏR FESTİVALI

Bu il kino aləmində yeni bir başlanğıcın təməli qoyulur – “AIAZ” Beynəlxalq Qısa Filmlər Festivalı ilk dəfə keçirilir. Festivalın məqsədi həm ənənəvi üsullarla çəkilmiş, həm də süni intellekt (AI) texnologiyaları ilə hazırlanmış qısa filmləri bir araya gətirərək tamaşaçılara və mütəxəssislərə yeni yaradıcılıq nəfəsi təqdim etməkdir.

AIAZ öz debüt ilində milli məzmunda yeni dalğa yaratmağı hədəfləyir. Festivalın əsas məqsədi yeni və yerli süni intellekt sənətçilərini dünyaya çıxarmaq, onların işlərini beynəlxalq auditoriyaya təqdim etməkdir. AIAZ yalnız festival olaraq deyil, həm də süni intellekti yaradıcılıqla birləşdirən platforma və yaradıcılıq emalatxanası kimi nəzərdə tutulur.

Müraciətlərin son qəbul tarixi – oktyabr ayının 15-dir. İştirakçılar filmlərini yalnız FilmFreeway platforması üzərindən təqdim edə bilərlər.

Festivalın kateqoriyaları

            •           Süni intellekt (AI) ilə hazırlanmış filmlər

            •           Ənənəvi üsullarla çəkilmiş filmlər

Hər iki istiqamətdə filmlər “Milli” və “Beynəlxalq” bölmələrdə qiymətləndiriləcək.

İştirak şərtləri

            •           Festivalda iştirak tamamilə pulsuzdur.

            •           Yaş və janr məhdudiyyəti yoxdur.

Festivalın təsisçisi Murad Şükürlü, direktoru Sahil Məmmədov, art direktoru Mirvüqar Abdulov, kreativ direktoru Məleykə Məmmədovadır.

Gələcəyin kinosunun başlanğıcı

“AIAZ” Beynəlxalq Qısa Filmlər Festivalı – qısa filmlərin səsini dünya auditoriyasına çatdırmaq üçün yeni bir platformadır.

Daha ətraflı məlumat və müraciət üçün:

FilmFreeway – AIAZ International Short Film Festival

Əlaqədar Yazılar