Əsas EKRANDA “AKTYOR” FİLMİ 29 AVQUSTDAN KİNOTEATRLARDA

“AKTYOR” FİLMİ 29 AVQUSTDAN KİNOTEATRLARDA

by editor

Rejissor Aydın Arslanın “Aktyor” bədii filmi 29 avqust 2024-cü il tarixindən etibarən Parkcinema və Cinemastercard kinoteatr şəbəkələrində nümayiş olunacaq.

“Aktyor” daha öncə bir neçə sənədli və bir qısametrajlı bədii film çəkmiş rejissorun ilk tammetrajlı ekran əsəridir. “Ayarfilm” tərəfindən istehsal olunan filmin rejissoru və ssenari müəllifi Aydın Arslan, prodüserləri Mamed Qurbanov və Aydın Arslandır.

Filmin mövzusu milli-mənəvi dəyərlərə sadiq, mühafizəkar aktyor Fərhadın həyat hekayəsi üzərində qurulub. Fərhad 20 illik sənət dostuna görə onunla birgə teatrdan uzaqlaşıb.

Dram janrında olan filmin bəstəkarları İffət Əsgərov və Məhəmməd Sabiroğlu, operatoru Anar Dadaşovdur. “Aktyor”da əsas rolları Tural Əhməd, Səmimi Fərhad, Türkay Cəfərli, Könül Şahbazova, Manaf Dadaşov, Mamed Qurbanov, Elvin Əhmədov və Məhəmməd Verdizadə ifa edirlər. 16 yaşdan yuxarı tamaşaçılar üçün nəzərdə tutulmuş filmin xronometrajı 80 dəqiqədir.

Əlaqədar Yazılar