Azərbaycan Respublikasının Kino Agentliyində “Dövlət sifarişi ilə istehsal ediləcək film layihələri” müsabiqəsinin reqlamenti ilə bağlı Agentliyin yanında fəaliyyət göstərən Bədii Şuranın iştirakı ilə görüş keçirilib.
Görüş zamanı müsabiqənin mövzuları, iştirak şərtləri, seçim mərhələləri və ümumilikdə müsabiqənin reqlamenti müzakirə olunub. Bədii Şura üzvləri tərəfindən müsabiqə ilə bağlı təkliflər irəli sürülüb. Bədii Şura üzvlərinin təklif və qeydləri nəzərə alınmaqla reqlamentin işlənməsinin davam etdirilməsi qərara alınıb.