Əsas ARKA-DAARKA-DA ÖLKƏNİN APARICI FİLM FESTİVALLARININ DİREKTORLARI İLƏ GÖRÜŞ KEÇİRİLİB

ARKA-DA ÖLKƏNİN APARICI FİLM FESTİVALLARININ DİREKTORLARI İLƏ GÖRÜŞ KEÇİRİLİB

by editor

Azərbaycan Respublikasının Kino Agentliyində ölkəmizin aparıcı film festivallarının direktorları ilə görüş keçirilib. Görüşdə “DokuBaku” Beynəlxalq Sənədli Film Festivalı, Bakı Beynəlxalq Film Festivalı, ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı və Salam Beynəlxalq Gənclər Film Festivalının rəhbərləri iştirak ediblər.

İştirakçılar festival fəaliyyətinin inkişafı, beynəlxalq əməkdaşlıq imkanlarının genişləndirilməsi, yerli və xarici auditoriyaya daha effektiv çıxış yolları kimi mövzuları müzakirə ediblər.

ARKA nümayəndələri festivalların ölkəmizin kino sənətinin tanıdılması və inkişafındakı rolunu yüksək qiymətləndirərək, onların təşkilinə və həyata keçirilməsinə dəstək göstərəcəklərini vurğulayıblar.

Əlaqədar Yazılar