Əsas ARKA-DA ARKA FİLM LAYİHƏLƏRİNİN POST-PRODAKŞNINA 111 MİN 113 MANAT MƏBLƏĞ AYIRDI

ARKA FİLM LAYİHƏLƏRİNİN POST-PRODAKŞNINA 111 MİN 113 MANAT MƏBLƏĞ AYIRDI

by editor

Azərbaycan Respublikasının Kino Agentliyi post-prodakşn mərhələsində olan filmlərə dəstək müsabiqəsinin nəticələrini açıqladı.

Cari ilin may ayında ARKA post-prodakşn mərhələsində olan film layihələrinin tamamlanma işlərinin dəstəklənməsi üzrə müsabiqə elan etmişdi. Ölkədə film istehsalının stimullaşdırılması və səmərəliliyinin yüksəldilməsi, müstəqil prodüser mərkəzləri və müvafiq sahədə fəaliyyət göstərən digər şəxslər arasında rəqabət qabiliyyətinin artırılması və birgə film istehsalının dəstəklənməsi məqsədi ilə həyata keçirilən müsabiqə yekunlaşdı. Tammetrajlı bədii və sənədli, qısametrajlı bədii, sənədli və animasiya filmləri kateqoriyasında keçirilən müsabiqəyə ümumilikdə 9 layihə müraciət edib. Bədii Şura tərəfindən dəyərləndirilən layihələrdən 6-a dövlət dəstəyi verilməsi qərara alınıb. Qeyd edək ki, ölkədə ilk dəfədir post-prodakşn mərhələsində olan film layihələrinə dəstək müsabiqəsi keçirilir. Azərbaycan Respublikası Kino Agentliyi film layihələrinə dövlət dəstəyi məqsədilə il boyu müsabiqələr keçirməyə davam edəcək.

POST-PRODAKŞN MƏRHƏLƏSİNDƏ OLAN FİLMLƏRƏ DƏSTƏK MÜSABİQƏSİ

QALİBLƏRİN SİYAHISI

NLAYİHƏNİN ADIKATEQORİYAŞİRKƏTREJİSSORMƏBLƏĞ
1Yaddaş saraylarıqısametrajlı sənədli film“Rental Azərbaycan” MMCMətləb Muxtar11.550
2Geri dönüştammetrajlı sənədli film“Karvan Production” MMCElməddin Alıyev19.948
3Səssiz zamantammetrajlı bədii film“Nova Gorica Kino Mərkəzi” MMCTahir Tahiroviç29.900
4Qara pişik, ağ şanıtammetrajlı sənədli film“Chinar Film” MMCƏləmdar Faiq17.640
5Tərsinə kölgələrqısametrajlı bədii film“Chinar Film” MMCHacıbala Səfərov12.075
6Sən haralısan, durna?tammetrajlı bədii-sənədli film“Bumeranqfilm” MMCİlkin Yusif20.000
 CƏMİ111.113

Əlaqədar Yazılar