Əsas ARKA-DA ARKA-NIN DƏSTƏYİ İLƏ ÇƏKİLƏN FİLM “İLİN ƏN YAXŞISI” OLDU

ARKA-NIN DƏSTƏYİ İLƏ ÇƏKİLƏN FİLM “İLİN ƏN YAXŞISI” OLDU

by editor

3 iyun tarixində Nizami Kino Mərkəzində Azərbaycan kinosu üçün çox vacib bir hadisə baş verdi. Yeni təsis olunmuş Azərbaycan Kinotənqidçilər və Kinoşünaslar Gildiyası ilk fəaliyyətini həyata keçirdi: Gildiyanın mükafatlarının I təqdimetmə mərasimi baş tutdu.

2025-ci ilin əvvəlində təsis olunmuş Azərbaycan Kinotənqidçilər və Kinoşünaslar Gildiyası il ərzində ölkə ərazisində ilk dəfə nümayiş olunmuş yeni filmləri dəyərləndirib. 40-dan çox filmi izləyərək seçim edən Gildiya üzvləri 10 nominasiyada filmləri dəyərləndirərək ən yaxşılarını seçdilər.

Əsas mükafat – “İlin ən yaxşı filmi” “Tənha insanın monoloqu” filminə təqdim olundu.

Filmin rejissoru və ssenari müəllifi Emin Əfəndiyev, operatoru Daniel Quliyev, prodüseri Sərvər Bayramov, rəssamı Arif Niftiyev, bəstəkarı Azər Hacıəsgərlidır. Filmdə əsas rollarda Mahir Dərviş və Elşən Əsgərov çəkiliblər.

Film müharibədən və ata-oğul münasibətindən bəhs edir.

Film Azərbaycan Respiblikasının Kino Agentliyinin dəstəyilə “Shahdagfilm” tərəfindən istehsal olunub.

Bütün namizədləri və mükafatçıları təbrik edirik!

Mükafatların tam siyahısı tezliklə kinoinfo.az saytında yer alacaq.

Əlaqədar Yazılar