Azərbaycanlı dramaturq İsmayıl İmanın pyesi əsasında qazax rejissor Jandos Aybasov tərəfindən çəkilmiş “№37” (2025) adlı film Qazaxıstan kinoteatrlarında nümayişə çıxarılıb. Film terror aktı nəticəsində həlak olmuş, lakin 15 il sonra gözlənilmədən ailəsinin yanına qayıdan Rəsulun hekayəsindən bəhs edir.
İsmayıl İmanın “Astara bağları” pyesi 2022-ci ildə Almatıda müstəqil ŞAM teatrı tərəfindən “№37” tamaşası kimi səhnələşdirilmişdi. Tamaşanın böyük uğurundan sonra eyni yaradıcı komanda pyesin ekranlaşdırılmasına qərar verib. Filmin baş rollarında Yerkebulan Dayırov, Asan Majit, Zarina Karmen və digər aktyorlar çəkiliblər.
İsmayıl İman “Sham Films” şirkətinin dəvəti ilə tamaşanın son nümayişində və filmin təqdimatında iştirak edib.