Əsas ARKA-DA “BABA HAKKI” FİLMİ İLƏ ÇİNDƏ KEÇİRİLƏCƏK BEYNƏLXALQ FESTİVALDA İŞTİRAK EDƏCƏK

“BABA HAKKI” FİLMİ İLƏ ÇİNDƏ KEÇİRİLƏCƏK BEYNƏLXALQ FESTİVALDA İŞTİRAK EDƏCƏK

by editor

Nicat Qulamın rejissoru olduğu “Baba hakkı” sənədli filmi Çinin Şenzen şəhərində keçiriləcək I SmallRig Awards Festivalında iştirak edəcək. Film festivalın finalistlərindən biridir. 23-25 may tarixində baş tutacaq festivalın münsiflər heyətinin sədri Ruby Yang “Oskar” mükafatçısıdır.

Festival çərçivəsində sosial ədalət, gender bərabərliyi, iqlim dəyişikliyi, səhiyyə və mədəniyyətlərarası dialoq kimi aktual mövzularda filmlərin nümayişi, tanınmış sənətkarlarla master-klasslar, seminarlar, panel müzakirələri, şəbəkələşmə sessiyaları, ictimai səsvermə və film pitçinqləri təşkil olunacaq. Festivalın əsas hissəsi olan mükafatlandırma mərasimində müxtəlif nominasiyalar üzrə qaliblərə mükafatlar təqdim olunacaq. Eyni zamanda sosial məsuliyyət təşəbbüsləri və maarifləndirici aksiyalar vasitəsilə ictimai dəyərlər önə çıxarılacaq. SmallRig Awards Festivalı yaradıcılığı və sosial təsiri birləşdirən, beynəlxalq səviyyədə əməkdaşlığa və mədəni dialoqa töhfə verən mühüm platformadır.

Qeyd edək ki, “Gulamba film” istehsalı olan sənədli filmin rejissoru, ssenari müəlifi və operatoru Nicat Qulam, bəstəkarı Ender Güney, prodüserləri Nihad Qulamzadə və Nicat Qulamdır.

Film Hakkı adlı 75 yaşlı atanın övladları və ailəsi haqqında fikirləri, həyata baxışınını əks etdirir.

“Baba Hakkı” filmi 15-ci Bakı Beynəlxalq Film Festivalının yerli qısametrajlı proqramında münsiflər heyətinin xüsusi mükafatına layiq görülüb. Ekran işi eyni zamanda Rusiyanın Soçi şəhərində keçirilən XIX Vladimir Menşov adına “Birlikdə Qalib Gəldik” Beynəlxalq Film Festivalında “Ailə dəyərlərinə sadiqliyə görə” festival komitəsinin xüsusi diplomunu qazanıb.

Qeyd edək ki, rejissor Nicat Qulamın festival səfəri Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Kino Agentliyinin maliyyə dəstəyi ilə baş tutacaq.

Əlaqədar Yazılar