Əsas ARKA-DA “BAKU CİNEMA BREEZE” BEYNƏLXALQ FİLM FESTİVALININ AÇILIŞ MƏRASİMİ KEÇİRİLİB

“BAKU CİNEMA BREEZE” BEYNƏLXALQ FİLM FESTİVALININ AÇILIŞ MƏRASİMİ KEÇİRİLİB

by editor

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Kino Agentliyinin dəstəyi ilə keçirilən “Baku Cinema Breeze” adlı beynəlxalq film festivalı öz işinə başlayıb. Oktyabrın 2-də Heydər Əliyev Mərkəzində festivalın açılış mərasimi keçirilib.

Mədəniyyət nazirinin müavini, Xalq artisti Murad Hüseynov festivalın məqsədinin Azərbaycanı regionda kino sənayesinin mərkəzi kimi tanıtmaq, kino mədəniyyətini inkişaf etdirmək olduğunu deyib. “Baku Cinema Breeze” festivalı indiyədək ayrı-ayrılıqda təşkil olunan bir neçə festivalı bir araya gətirərək vahid şəbəkə rolunu oynayır.

Mədəniyyət Nazirliyinin Yaradıcı Sənayelər və Rəqəmsal İnkişaf şöbəsinin müdiri Rəşad Əzizov diqqətə çatdırıb ki, platformanın əsas məqsədi kino sənayesindəki prosesləri sürətləndirməkdir.

Qeyd edək ki, ilk dəfə keçirilən Şərq ölkələri kino sənayesi bazarında fərqli ölkələrdən 30-dan çox prodüser şirkəti iştirak edir.

Altı gün davam edəcək festival müddətində Nizami Kino Mərkəzi, “CineMastercard Azərbaycan” kinoteatrı, “YARAT” Müasir İncəsənət Məkanı, “Kapellhouse Baku”, “Landmark” və “YAY Gallery” məkanlarında paytaxt sakinləri və qonaqları, ümumilikdə bütün kinosevərlər üçün film nümayişləri təşkil olunacaq.

Əlaqədar Yazılar