2026-cı ildə istehsalı tamamlanan “Qurğuşun” adlı qısametrajlı bədii film dram janrındadır və müddəti 20 dəqiqədir.
Filmdə hadisələr şəhərdə törətdiyi cinayətin nəticələrindən qaçan kiçik qardaşın gizlicə tərk etdiyi doğma kəndinə on il sonra qayıtması üzərində qurulub.
Filmin rejissoru Rüstəm Babazadə, ssenari müəllifləri isə Rüstəm Babazadə və Əli-Səttar Quliyevdir.
Operator işi Vasif Vəlizadəyə, quruluşçu rəssamlıq Samirə Şamxalovaya məxsusdur. Filmdə Rasim Cəfər, Zaur Şəfiyev və Asiman Ağa Rövşən rolları canlandırırlar. Prodüserlər Əli-Səttar Quliyev, Rüstəm Babazadə və Zaur Şəfiyev, ko-prodüserlər Emil Nəcəfov və Pərviz Məmmədovdur.
“Qurğuşun” filmi Ultra Production, AKİ və İTV-nin dəstəyi ilə ərsəyə gəlib. 16+ yaş həddi ilə təqdim olunan filmin rəsmi nümayişi 2027-ci ildə Nizami Kino Mərkəzində planlaşdırılır.







