Əsas EKRANDA“BUM-BUM” ANİMASİYA FİLMİNİN ÇƏKİLİŞİ YEKUNLAŞIB

“BUM-BUM” ANİMASİYA FİLMİNİN ÇƏKİLİŞİ YEKUNLAŞIB

by editor

Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2025-ci il üzrə böyük qrant müsabiqəsinin qalibi olan Azərbaycan Animasiya Assosiasiyası “Bum-bum” adlı qısametrajlı animasiya filminin istehsalını yekunlaşdırıb. Vaqif Səmədoğlunun uşaqlar üçün yazdığı eyniadlı poemasının motivləri əsasında çəkilən qısametrajlı film yaxın zamanda balaca tamaşaçılara təqdim olunacaq.

“Bum-bum” qısametrajlı animasiya filminin rejissor və ssenari müəllifləri Nəzrin Ağamalıyeva, Rəşid Ağamalıyev, məsləhətçilər Elçin Hami Axundov, Matthew Lyon, aparıcı animator Mehriban Əliyeva, kompozitinq rəssamı Emil Şiran, bəstəkar Azər Hacıəsgərli, səs rejissoru Nadir Mahmudov, səs aktyorları Sərxan Nəciyev, Kəmalə İsrafilova, Elşən Əsgərov, redaktorlar Gülşən Hüseynova, Elşən Cəbrailzadə, personaj rəssamları Türkan Əliyeva, Kübra Binnətova, qrafik dizayner Rəsul Həsəndir. Filmin istehsalında Azərbaycan Animasiya Assosiasiyasının üzvü olan “Dynamic Box Studio” şirkəti iştirak edib. Film “ANİMAFİLM Studio”nun məkan və texniki dəstəyi ilə çəkilib.

Əlaqədar Yazılar