2025-ci il üzrə “Dövlət dəstəyi ilə istehsal olunacaq film layihələri” müsabiqəsinin pitçinq mərhələsi başlayır! Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Respublikasının Kino Agentliyi Nizami Kino Mərkəzində layihələrin pitçinqinə start verir.
Pitçinq mərhələsinin ilk sessiyası 5 sentyabr 2025-ci il tarixində Nizami Kino Mərkəzində başlayır. Sessiya çərçivəsində 5 animasiya və 3 tələbə filmi layihəsi təqdim olunacaq.
Animasiya filmləri
• “Qayıtmışam” – rejissor Rəşad Əfəndiyev, “3Dost Production” MMC
• “Kölgəsiz Adamlar” – rejissor Elmar Bayramov, “Hochazfilm Creative Studio” MMC
• “Eyni Yağışın Altında” – rejissor Kübra Binnətova, “Peri Film” MMC
• “Fazzi: Oyanış” – rejissor Kamal Məmmədov, “Simart” MMC
• “Dar Vaxtda” – rejissor Rəşid Ağaməliyev, “Peri Film” MMC
Tələbə filmləri
• “Qayıtmazlıq Nöqtəsi” – rejissor Yasəmən Məmmədova, “3Dost Production” MMC
• “Oyun” – rejissor Mohammad Hossein Alipanahi, “Peri Film” MMC
• “Hipotez” – rejissor Mədinə Vəliyeva, “3Dost Production” MMC
📅 Təqvim:
5 sentyabr — 5 animasiya + 3 tələbə filmi
12 sentyabr — 8 qısametrajlı bədii film
19 sentyabr — 4 bədii-sənədli + 3 sənədli film
26 sentyabr — 6 tammetrajlı bədii film
🕙 Saat: 10:00
📍 Məkan: Nizami Kino Mərkəzi

