Əsas EKRANDA“KİÇİK FANAT” – USTAD AKTYORUN XATİRƏSİNƏ İTHAF OLUNAN FİLM

“KİÇİK FANAT” – USTAD AKTYORUN XATİRƏSİNƏ İTHAF OLUNAN FİLM

by editor

“Alifilm” şirkətinin istehsalı olan qısametrajlı “Kiçik fanat” filmi Xalq artisti, aktyor Ramiz Novruzun eyniadlı əsəri əsasında çəkilib.

Filmin rejissoru Samir Ali, ssenari müəllifi Siyavuş Zaman, bəstəkarı Siyavuş Kərimi, operatoru Cavid Eminoğlu, rəssamı Rüstəm İsmayılov, mətn müəllifi Elvin Paşa, montaj rejissoru Ruslan Hüseyn, mətni səsləndirən Elşən Rüstəmov, prodüseri isə Cavidan Novruzdur.

9 iyun tarixində Nizami Kino Mərkəzində aktyorun 70 illik yubiley tədbiri çərçivəsində təqdim edilən filmi mərhum sənətkarın oğlu Cavidan Novruz atasının xatirəsinə ithaf edib.

“Kiçik fanat” filmi bir uşağın sevdiyi aktyoru canlı görmək arzusunu reallaşdırmaq uğrunda göstərdiyi səyi əks etdirir. Uşaq pul yığaraq aktyorun tamaşasına getmək istəyir və bu səmimi istək onun həyatında emosional izlər buraxır.

Rollarda Anar Heybətov, Turan Novruz, Məsmə Aslanqızı, Şəlalə Şahvələdqızı, Nicat Rəhimov, Sabir Məmmədov, Rüstəm Rüstəmov, Elsevər Rəhimov, Elnur Məmmədov, Mətləb Abdullayev, Lalə Süleymanova, Cümşüd Zeynalov və Cavid Əsəd çəkiliblər.

Aynur Kazımova

Əlaqədar Yazılar