10 sentyabr 2025-ci il tarixində Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Respublikasının Kino Agentliyinin (ARKA) baş ofisində “Boşluğa xütbə” filminin yaradıcı heyəti ilə görüş keçirilib.
Görüş zamanı “Boşluğa xütbə” filminin Venesiya Beynəlxalq Film Festivalındakı uğurları və filmin beynəlxalq səviyyədə yaratdığı maraq müzakirə edilib. Eyni zamanda gələcək əməkdaşlıq imkanları və Azərbaycan kinematoqrafiyasının beynəlxalq aləmdə tanıdılması istiqamətində görüləcək işlər barədə fikir mübadiləsi aparılıb. Görüşün sonunda Hilal Baydarova Azərbaycan kinematoqrafiyasının inkişafına verdiyi töhfələrə görə təşəkkürnamə təqdim edilib.