Rejissor Məsud Pənahinin “Narqız” qısametrajlı animasiya filminin pre-prodakşn mərhələsi başa çatıb və filmin istehsalına başlanılıb. “Narqız” filmi Azərbaycan Respublikası Kino Agentliyinin (ARKA) maliyyə dəstəyi ilə “PERİ FİLM” MMC (ANİMAFİLM Studio) tərəfindən istehsal olunur və 2024-cü ilin sonuna kimi təhvil verilməsi planlaşdırılır.
“Narqız” filminin məqsədi işğaldan azad olunmuş ərazilərdə basdırılan mina sahələrinə diqqəti yönəltmək, minaların necə təhlükəli olduğunu uşaqların, həmçinin böyüklərin nəzərinə çatdırmaqdır.
Filmin quruluşçu rejissoru və quruluşçu rəssamı Məsud Pənahi, prodüseri Rəşid Ağamalıyev, ssenari müəllifləri Məsud Pənahi, İsmayıl İman, Nəzrin Ağamalıyeva, redaktorları Rafiq Məmmədli, Gülşən Hüseynova, aparıcı animatoru Firəngiz Bağırova, storyboard rəssamı Kübra Binnətova, animatik rəssamı Rüstəm Bəşirov, rəssamları Elçin Hami Axundov, Emil Şiran, Kübra Binnətova, Nəzrin Hacıyeva, animatorları Mehriban Əliyeva, Rüstəm Bəşirov, Emil Şiran, istehsalat üzrə əlaqələndiricisi Zərifə Əkbərova, hüquqşunası Emil Gözəlovdur.
Xatırladaq ki, “Narqız” qısametrajlı animasiya filmi Azərbaycan Respublikası Kino Agentliyi (ARKA) 2023-cü ilin iyulun 18-də elan etdiyi film layihələri müsabiqəsinin qalibi olub.