Əsas FESTİVALLAR “KİNOMEXANİKİN QAYIDIŞI” FİLMİ NÖVBƏTİ BEYNƏLXALQ UĞURUNU QAZANDI

“KİNOMEXANİKİN QAYIDIŞI” FİLMİ NÖVBƏTİ BEYNƏLXALQ UĞURUNU QAZANDI

by editor

Rejissor Orxan Ağazadənin sənədli-bədii filmi Kinomexanikin Qayıdışı” beynəlxalq arenada növbəti dəfə yüksək qiymətləndirilib. Film bu dəfə ABŞ-ın nüfuzlu Margaret Mead Film Festivalının münsiflər heyəti tərəfindən xüsusi mükafata layiq görülüb.

1977-ci ildə antropoloq Marqaret Medin 75 illiyi münasibətilə Amerika Təbiət Tarixi Muzeyi tərəfindən yaradılmış festival dünya mədəniyyətlərini antropoloji baxış bucağından işıqlandıran filmlər üçün nəzərdə tutulub. Festival, əsasən, insan dünyası və təbiətdə mədəniyyətin perspektivlərini, sosial ədaləti və mədəniyyətlərarası dialoqu təbliğ edən sənədli və eksperimental filmlərə üstünlük verir. “Kinomexanikin qayıdışı” filminin layiq görüldüyü münsiflər heyətinin xüsusi mükafatı mədəniyyətlərə, icmalara yeni bucaqdan baxmağa təşviq edən, bədii ustalıq və orijinal hekayə nəqli texnikası sərgiləyən tammetrajlı sənədli film müəllifinə verilir.

“Kinomexanikin qayıdışı”, bundan əvvəl də beynəlxalq miqyasda dəfələrlə sanballı uğurlar əldə edib. Film, Cənubi Koreyada keçirilən nüfuzlu EIDF EBS Beynəlxalq Kino Festivalının baş mükafatı  “Documentary Goyang Award”a, Torino Film Festivalının (İtaliya) sənədli film müsabiqəsində “Ən yaxşı film” mükafatına, təsvir rejissorunun işinə görə (Daniel Quliyev)“Alman Kamera Mükafatı”na (Deutscher Kamerapreis) layiq görülüb, Fransada Festival des Trois Continents (Üç Qitənin Festivalı) çərçivəsində həm nc Münsiflər Mükafatı (Young Jury Award), həm də Peşəkar Münsiflərin Xüsusi Mükafatı (Professional Jury Special Mention) ilə təltif olunub.

Əlaqədar Yazılar