Bu il istehsalı başa çatan “Kür – çaylar anası” tammetrajlı sənədli filmin treyleri yayımlanıb.Film Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının Kino Agentliyinin maliyyə dəstəyi, İctimai Televiziya və Radio Yayımları Şirkətinin təşkilatçılığı ilə “OD Media-Production” şirkətində istehsal edilib.
Qafqazın ən böyük təbii su mənbəyi olan Kür çayının başlanğıc nöqtəsini axtaran çəkiliş heyəti Allahu-Əkbər dağ silsiləsinə yollanır. Bir neçə cəhddən sonra dağın zirvəsinə çatan heyət, nəhayət çayın mənbəyini tapmağa nail olur. Bununla da Türkiyədən başlayan və Azərbaycanda, Xəzər dənizində tamamlanan 1515 kilometrlik Kür dünyası səyahəti başlayır.
Filmin əsas ideyası keçmişdən bu günə Kür çayının tarixi, mədəni, iqtisadi rolunu ön plana çıxarmaq və bəşəriyyət üçün əhəmiyyətini ifadə etməkdir.
Filmin rejissoru Seyran Mahmudoğlu, ssenari müəllifləri Əkbər Nəcəf, Seyran Mahmudoğlu, operatoru Ziya Babayev, montaj rejissoru Rza Əsgərov, dron operatoru Orxan İslamov, səs rejissoru Hafiz İbrahimli, redaktoru Esmira Əyyub, prodüserləri Seyran Mahmudoğlu, Fariz Əhmədov, Yalçın Verdiyev
Filmin çəkilişləri Kür çayının mənbəyinədn mənsəbinədək – Türkiyə, Gürcüstan və Azərbaycan ərazisində aparılıb.
