Əsas FESTİVALLAR“MƏNIM ADIM NEFTDİR” TEHRAN QISAMETRAJLI FİLM FESTİVALINDA ƏSAS MÜKAFATI QAZANIB

“MƏNIM ADIM NEFTDİR” TEHRAN QISAMETRAJLI FİLM FESTİVALINDA ƏSAS MÜKAFATI QAZANIB

by editor

“Mənim adım Neftdir” adlı qısametrajlı sənədli film 2025-ci ildə Ultra Production (Azərbaycan) və Sinqapurun birgə istehsalı kimi hazırlanıb. Filmin dünya premyerası Sheffield DocFest festivalında keçirilib. Film həmçinin i-Fest, Beijing International Short Film Festival, Bogotá Short Film Festival, Festival Tous Courts və digər festivallarda nümayiş olunub. Ekran işi daha sonra Tehran Beynəlxalq Qısametrajlı Film Festivalında əsas mükafatı qazanıb. 

Xronometrajı 14 dəqiqə olan filmin rejissoru və ssenari müəllifi İqor Smola, operatoru Alisa Tareliçeva, səs üzrə mütəxəssisləri Teymur Abdullayev və İqor Smoladır. Rollarda Mahir Əsədov, Kamran İbişov, Elşən Məmmədov, Əli Əliyev və Ramil Baxşalıyev yer alır. Prodüserlər İqor Smola, Qreqori Baqayev, Emil Nəcəfov, Vladimir Nadein və Duyğu Dəvəlıdır. Yaş həddi 12+ olan filmdə neft canlı bir varlıq kimi təsvir olunur və hekayə neft platformasında diqqətdən qaçan kiçik bir detalın yaratdığı partlayış təhlükəsi üzərində qurulub. Ekran işi sənaye proseslərində xırda səhvlərin nəticələrinə diqqət çəkir.

Qeyd edək ki, filmin distribüsiya hüquqları “Gargantua Film Distribution”a (İtaliya) aiddir.

Əlaqədar Yazılar