Əsas İRİ PLANDAFOTOSESİYA NİZAMİ KİNO MƏRKƏZİNDƏ AZƏRBAYCAN KİNOSU GÜNÜ QEYD OLUNUB + FOTOSESSİYA

NİZAMİ KİNO MƏRKƏZİNDƏ AZƏRBAYCAN KİNOSU GÜNÜ QEYD OLUNUB + FOTOSESSİYA

by editor

Avqustun 2-i Azərbaycan kinosu günüdür. Kinonun yaranmasının 126 illiyi münasibətilə Nizami Kino Mərkəzində tədbir keçirilib. Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə kino ictimaiyyəti iştirak edib.

Tədbir Nizami Kino Mərkəzinin qarşısındakı sərgi ilə başlayıb. Sərgidə film çəkilişlərində istifadə edilmiş texnika və avadanlıqlar nümayiş olunub.

Tədbirin giriş sözü ilə Mədəniyyət nazirinin müavini Səadət Yusifova açıb.

Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Rasim Balayev ölkədə kinematoqrafiyanın inkişafı istiqamətində görülən işlərdən bəhs edib. Bildirib ki, kino sahəsində çalışan sənətkarlar diqqət və qayğı ilə əhatə olunub. Ötən gün Prezident İlham Əliyev Azərbaycanın kino işçilərini təltif edib. Bu, dövlət başçımızın kino sahəsinə göstərdiyi qayğının bir nümunəsidir.

Ümummilli Lider Heydər Əliyevin qərarına əsasən, bu əlamətdar günün artıq 24 ildir qeyd olunduğunu deyən rejissor, Xalq artisti, professor Oktay Mir-Qasım kino işçilərinə yeni yaradıcılıq uğurları arzulayıb.

Əməkdar incəsənət xadimi, Azərbaycan Respublikasının Kino Agentliyinin (ARKA) baş direktoru vəzifəsini icra edən Orxan Fikrətoğlu Azərbaycan kinematoqrafiyasının keçdiyi uğurlu yoldan bəhs edib. O, həmçinin ARKA-nın fəaliyyətindən də söz açıb. ARKA-nın fəaliyyətinə dair videoçarx nümayiş olunub.

Azərbaycan kinosunun inkişafında xidmətlərinə görə bir qrup kino xadimi və gənc kino işçiləri mükafatlandırılıb.

Azərbaycan Kinematoqrafçılar İttifaqının 2024-cü il üçün ənənəvi mükafatına layiq görülən yaradıcı şəxslər – rejissor, prodüser Əli-Səttar Quliyev, aktyor Rasim Cəfər, prodüserlər Emil Nəcəfov və Orxan Mərdan olub.

Tədbirin sonunda “Tənha insanın monoloqu” adlı psixoloji dram janrında olan qısametrajlı film nümayiş edilib.

FOTOSESSİYA

Əlaqədar Yazılar