Əsas FESTİVALLARORXAN AĞAZADƏNİN YENİ LAYİHƏSİ “ALLIANCE 4 DEVELOPMENT” PROQRAMINA SEÇİLİB

ORXAN AĞAZADƏNİN YENİ LAYİHƏSİ “ALLIANCE 4 DEVELOPMENT” PROQRAMINA SEÇİLİB

by editor

Azərbaycanlı rejissor Orxan Ağazadənin ilk tammetrajlı bədii film layihəsi olan Divarın arxasındakı paltaruğurla yoluna davam edir. İlkin adı Məhbus” olan layihə Lokarno Beynəlxalq Kino Festivalının tərkibində keçirilən “Alliance 4 Development” (A4D) proqramına seçilmiş on bir layihədən biri olub.

Alliance 4 Development” (A4D) — Avstriya, Fransa, Almaniya və İsveçrədən olan müştərək layihələr üçün nəzərdə tutulmuş inkişaf proqramıdır. Proqramın məqsədi təqdim olunan layihələrin bazar potensialını müəyyənləşdirmək, hədəf ölkələr arasında uzunmüddətli yaradıcı və işgüzar əməkdaşlığı təmin etməkdir.

“Divar arxasındakı paltar” filminin layihəsi prodüser Jules Grangin rəhbərliyi ilə Fransanın tanınmış şirkəti “KİDAM” tərəfindən istehsalata hazırlanır.

Layihə 2025-ci ilin 7–12 avqust tarixlərində Lokarno Film Festivalı çərçivəsində keçiriləcək “Locarno Pro” tədbiri daxilində təqdim olunacaq. A4D proqramında iştirak edən layihələr üçgünlük intensiv sessiyalarla rdi məsləhətlər, pitç təqdimatları, şəbəkələşmə tədbirləri, sənaye naharlarımünsiflərin rəy verdikləri  sessiyalar vasitəsilə beynəlxalq əməkdaşlıq və tanınmaq imkanı əldə edəcəklər.

“Divar arxasındakı paltar” filminin süjeti, keçmişindən qurtula bilməyən Rasim adlı qəhrəmanın hekayəsinə əsaslanır və yaddaş, günahkarlıq, azadlıq mövzularına toxunur. Dram janrında nəzərdə tutulmuş layihə rejissorun ilk uzunmetrajlı bədii filmi olacaq.

Orxan Ağazadə sözügedən layihə ilə bir sıra nüfuzlu proqramlarda və təlimlərdə iştirak edib.  Layihə Berlin Beynəlxalq Kino Festivalının Talent Project Market” proqramının “Script Station” bölməsində ssenari inkişafı üçün seçilən on layihədən biri olub. Eyni zamanda Kann Kino Festivalının Cinefondation” ssenari inkişaf proqramı, Fransadakı “Le Prevote” rezidensiyasıTürkiyənin CineCollective proqramı tərəfindən dəstəklənib.

Əlaqədar Yazılar