Əsas ARKA-DAQALİB LAYİHƏLƏRLƏ MÜQAVİLƏLƏRİN BAĞLANMASI DAVAM EDİR

QALİB LAYİHƏLƏRLƏ MÜQAVİLƏLƏRİN BAĞLANMASI DAVAM EDİR

by editor

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin və Azərbaycan Respublikasının Kino Agentliyinin post-prodakşn mərhələsində olan filmlərlə bağlı elan etdiyi “2025-ci il üzrə filmlərə dəstək müsabiqəsi”ndə qalib gəlmiş layihələrin istehsalçıları ilə müqavilələr bağlanılır. “Kinobiz” MMC-nin “Nəsil yaddaşı” və “Buta Film” MMC-nin “Ad günü şamları” sənədli filmlərinin istehsalının tamamlanması üzrə müqavilələr artıq imzalanıb.

Xatırladaq ki, adıçəkilən müsabiqə üzrə 13 layihə qalib elan edilib. Qaliblərin 4-ü animasiya, 4-ü bədii və 5-i sənədli film layihəsidir. Mövcud satınalma qanunvericiliyinə əsasən, müvafiq prosedurları yekunlaşdıran şirkətlərlə  müqavilələrin bağlanması üzrə işlər aparılır.

“2025-ci il üzrə filmlərə dəstək müsabiqəsi” üzrə Post-prodakşn mərhələsinə dəstək almış layihələrin siyahısı:

Kinobiz MMC – “Nəsil yaddaşı” Qısametrajlı sənədli film ✅

Buta Film MMC – “Ad günü şamları” Tammetrajlı sənədli film✅

Qulp Studio MMC – “Şuşa həbsxanasının əsirləri” Tammetrajlı sənədli film

Azeryumedia MMC – “Xatirələr sahilində” Qısametrajlı sənədli film

Cinemedia MMC – “3 kiloqramlıq xoşbəxtlik” Tammetrajlı bədii film

Chinar Film MMC – “Açıq məktub” Qısametrajlı bədii film

Yar.Co MMC – “Marytale. İnklüziv möcüzələr” Qısametrajlı bədii film

Cinemedia MMC – “Qırmızı ayaqqabılar” Qısametrajlı bədii film

Birlik Kinostudiyası MMC – “Molla Nəsrəddin” Qısametrajlı animasiya filmi

Birlik Kinostudiyası MMC – “Əbədi xatirə” Qısametrajlı animasiya filmi

Peri Film MMC – “Yulaf döngəsi” Qısametrajlı animasiya filmi

Peri Film MMC – “Yer və Ay” Qısametrajlı animasiya filmi

HochazFilm Creative Studio MMC – “Qarabağ qubernatoru” Tammetrajlı sənədli film

Əlaqədar Yazılar