Əsas ARKA-DARÜSTƏM CƏBRAYILOV BAŞ ROLDA

RÜSTƏM CƏBRAYILOV BAŞ ROLDA

by editor

“ATROPATENA” FİLMİNİN ÇƏKİLİŞİNƏ HAZIRLIQ GEDİR

“Atropatena” filminin çəkilişlərinə hazırlıq başlayıb. Bədii-sənədli film Kaspian Media Group tərəfindən istehsal olunur və 55-60 dəqiqəlik olacaq.

Mədəniyyət Nazirliyinin sifarişi və Azərbaycan Respublikasının Kino Agentliyinin (ARKA) dəstəyi ilə çəkilən bu layihənin quruluşçu rejissoru Elmar Bayramov, ssenari müəllifi Nicat Dadaşov, quruluşçu operatoru Rauf Qurbanəliyev, quruluşçu rəssamı Səbuhi Atababayev, geyim üzrə rəssamı Vüsal Rahimdir. Filmin bəstəkarı hələ açıqlanmayıb.

Filmdə baş rolda Rüstəm Cəbrayılov çıxış edəcək. Digər rollarda isə Duyğu Dəvəli, Səmimi Fərhad, Manaf Dadaşov, Vidadi Həsənov, Rumiyə Ağayeva, Corc Qafarov və başqaları yer alacaqlar.

Layihənin baş prodüseri Hüseyn Cavadzadə, icraçı prodüseri Azər Həsənov, döyüş xoreoqrafiyası üzrə mütəxəssis isə Sain Fərhaddır.

Filmin hekayəsinə görə, Böyük İskəndərin Yaxın Şərqdə davam edən fəth yürüşləri zamanı fars satrapı Atropat ağılı, siyasi çevikliyi və döyüş cəsarəti ilə hökmdarın etimadını qazanır. Lakin onun əsas məqsədi yalnız İskəndərə xidmət etmək deyil, öz xalqını yadellilərin hökmündən qoruyaraq gələcək Atropatena dövlətinin təməlini qoymaqdır. İskəndərin saray intriqaları və qanlı savaşların fonunda Atropat öz müdrikliyi ilə həm tarixdə, həm də millət yaddaşında əbədi yer qazanır.

Əlaqədar Yazılar