Əsas EKRANDAÜÇ QIZ, BİR ATA VƏ QAÇILMAZ DƏYİŞİKLİK: KİNOTEATRLARDA YENİ ROMANTİK KOMEDİYA

ÜÇ QIZ, BİR ATA VƏ QAÇILMAZ DƏYİŞİKLİK: KİNOTEATRLARDA YENİ ROMANTİK KOMEDİYA

by editor

Azərbaycan kinosunda ailə münasibətlərinə yumor və duyğu prizmasından baxan yeni romantik komediya yaxın günlərdə tamaşaçıya təqdim olunacaq. “Kürəkən VS Qayınata” filmi üç qızı olan bir atanın övladlarının böyüməsini və ailə qurmaq istəyini qəbul etməkdə yaşadığı daxili ziddiyyətlərdən bəhs edir. Nəsillərarası fərqlər, ata sevgisi və dəyişiklik qorxusu romantik komediyanın yumorlu dili ilə tamaşaçıya təqdim olunur. AND prodakşın istehsalı olan film 12 fevral tarixindən etibarən ölkənin bütün kinoteatrlarında nümayiş olunacaq. Filmin quruluşçu rejissoru və baş prodüseri Valeh Əhmədovdur. Ekran işinin ssenarisi Valeh Əhmədov, Failə Nəbiyeva, Könül Ələsova, Türkan Mehrəliyeva və Tərlan Nur Yaşar tərəfindən qələmə alınıb, rejissor işi isə Cavid Məlikliyə məxsusdur. Quruluşçu operator Babək Pourfard, quruluşçu rəssam Elnarə Qədirova, səs rejissoru Renat Musalovdur. Filmin prodüserləri Murad İsmayılCəmil Nağızadə, montajçıları Məzahir Mahmudbəyli, İlahə NəbiyevaƏli Teymursoy, rəng korreksiyası üzrə Elnur Yaqublu, işıq rəssamları Fərid QəhrəmanovElgün Əmiraslanov, geyim rəssamı Aytən Əsədzadə Xəqanlı, qrim rəssamı isə Sona Bağırovadır.

Filmdə Tərlan Nur Yaşar, Şamil Süleymanov, Ləman İmanova, Murad İsmayıl, Ülviyyə Xəlilbəyli, Zaur İskəndərov, Günay Səməd, Elvira Ağasoy, Sovqat Səmədova, Xatirə Əsgərova, qar İsgəndərli, Emin Məmmədov, vva Əhmədsoy, Muxtarlı BanuHilal Nur Yaşar rol alıblar.

Əlaqədar Yazılar