Əsas ARKA-DAXORVATİYANIN AUDİOVİZUAL NÜMAYƏNDƏLƏRİ İLƏ GÖRÜŞ

XORVATİYANIN AUDİOVİZUAL NÜMAYƏNDƏLƏRİ İLƏ GÖRÜŞ

by editor

Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimlinin rəhbərlik etdiyi nümayəndə heyəti 2025-ci il iyunun 23-də Xorvatiyanın paytaxtı Zaqreb şəhərinə səfər edib. Səfər Azərbaycan ilə Xorvatiya arasında diplomatik əlaqələrin 30 illiyinə həsr olunub. Eyni zamanda, bu səfərin məqsədi mədəni və yaradıcı sənayelər sahəsində əməkdaşlığın genişləndirilməsi, biznes subyektləri arasında əlaqələrin inkişafı və birgə layihələrin təşviqidir.

Səfər çərçivəsində Azərbaycan audiovizual sənayesinin təmsilçiləri ilə Xorvatiyanın Audiovizual Mərkəzinin nümayəndələri arasında görüş keçirilib. Görüş zamanı kino və media sahəsində ortaq layihələr, təcrübə mübadiləsi və əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.

Azərbaycan nümayəndə heyətinin tərkibində Azərbaycan Respublikasının Kino Agentliyinin baş direktoru Rəşad Əzizov, habelə sənaye təmsilçilərindən “Alov Animation” studiyasının direktoru Oktai İusibov, “Dynamic Box” MMC-nin nümayəndəsi Şahin Əliyev, “Aydemir Entertainment”ın rəhbəri Azər Aydəmir, “Kinobox” startapının təsisçisi Elvin Abdulla və “JazzLab Agency”dən Qüdrət Əmrahov yer alıblar.

Əlaqədar Yazılar