Azərbaycan audiovizual sənayesinin təmsilçiləri ilə “Zagreb Film”in nümayəndələri arasında görüş keçirilib.
Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimlinin rəhbərlik etdiyi nümayəndə heyəti 2025-ci il iyunun 23-də Xorvatiyanın paytaxtı Zaqreb şəhərinə səfər edib. Səfər Azərbaycan ilə Xorvatiya arasında diplomatik əlaqələrin 30 illiyinə həsr olunub. Eyni zamanda, bu səfərin məqsədi mədəni və yaradıcı sənayelər sahəsində əməkdaşlığın genişləndirilməsi, biznes subyektləri arasında əlaqələrin inkişafı və birgə layihələrin təşviqidir.
Səfər çərçivəsində Azərbaycan audiovizual sənayesinin təmsilçiləri Xorvatiyanın aparıcı prodüser şirkətlərindən biri olan “Zagreb Film”in nümayəndələri ilə görüşüblər.
Görüş zamanı animasiya və sənədli film sahəsində əməkdaşlıq imkanları, ortaq istehsal layihələri, həmçinin Xorvatiya və Azərbaycan kino mühitləri arasında təcrübə mübadiləsi məsələləri müzakirə olunub.
Azərbaycan tərəfini “Alov Animation” studiyasının direktoru Oktai İusibov, “Dynamic Box” MMC-nin nümayəndəsi Şahin Əliyev, “Aydemir Entertainment”ın rəhbəri Azər Aydəmir və “Kinobox” startapının təsisçisi Elvin Abdulla təmsil ediblər.


