Əsas ANALİTİKA2025-Cİ İLİN İLK 6 AYINDA 29 FİLM QEYDİYYATDAN KEÇİB

2025-Cİ İLİN İLK 6 AYINDA 29 FİLM QEYDİYYATDAN KEÇİB

by editor

Ölkə daxilində istehsal olunan, eləcə də respublikaya gətirilən hər bir film kütləvi nümayişə çıxarılırsa, kinoteatrlarda nümayiş etdirilirsə, dövlət reyestrində qeydiyyatdan keçirilməlidir. Əks halda həmin filmlərin nümayişi “Kinematoqrafiya haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən qadağan edilir.

Filmlərin dövlət reyetsri bu mənada həm də statistik informasiya mənbəyi kimi dəyərlidir. Reyestrdəki siyahı ilə tanış olduqda ölkə ərazisində həmin dövrdə istehsal olunmuş filmlərlə bağlı məlumat əldə etmək mümkündür.

2025-ci ilin ilk 6 ayında dövlət reyestrində 29 yerli film qeydiyyatdan keçib. Bunların 12-i sənədli, 11-i tammetrajlı bədii, 6-ı isə qısametrajlı bədii filmdir. Qeyd edək ki, keçən ilin müvafiq dövründə bu rəqəm 28 olub.

  2025-ci ilin ilk 6 ayında (yanvar – iyun) Filmlərin Dövlət Reyestrində qeydiyyatdan keçən Azərbaycan filmləri
Filmin adıİstehsalçı şirkətRejissorKlassifikasiya
1KainatElçin Çobanzadəqısametrajlı bədii
2Tərsinə kölgələrChinar FilmHacı Səfərovqısametrajlı bədii
3Erkən hisslərRental AzərbaycanNurlan Həsənliqısametrajlı bədii
4HalQatfarfilmSədaqət Kərimovatammetrajlı bədii
5Bəlkə dəART BakersTaleh Yüzbəyovtammetrajlı bədii
6Əsirlikdə 8 günCVN GroupVüsal Əhmədzadətammetrajlı bədii
7Dünyanı yaxşılar gözəlləşdirirAktual Media GroupEtibar Məmmədovqısametrajlı sənədli
8Otel Loo3İ CinemaElvin Rüstəmzadətammetrajlı bədii
9Doğma torpaqNarimanfilmİlqar Safattammetrajlı bədii
10Tağıyev. ÇarBakı Media MərkəziZaur Qasımlıtammetrajlı bədii
11İki yüz illik gizli tarixMilli Kino MərkəziKamalə Musazadətammetrajlı sənədli
12Körpələrin göz yaşıNurfilm PMŞamil Əliyevqısametrajlı sənədli
13Yaradanlar 2Nurfilm PM, SalnaməfilmŞamil Əliyevtammetrajlı sənədli
14Bir səfərin izi ilə (Böyük Britaniya)OralarAzər Qəribovqısametrajlı sənədli
15İran xalçalarında ilmələrin rəqsiBest Group ProductionAnar Şükürovqısametrajlı sənədli
164 təkərAlioglu Media GroupAmil İsgəndərovtammetrajlı bədii
17HeykəlNN FilmNatiq Novruzovtammetrajlı bədii
18Əməl kitabçası 33AND ProductionValeh Əhmədovtammetrajlı sənədli
19Mənim KinomSeymur Tağıyevtammetrajlı bədii
20Şəhidlik zirvəsiNicat Cəlilovqısametrajlı sənədli
21Qəhrəmanlıq varislikdirNicat Cəlilovqısametrajlı sənədli
22GörüşənədəkNazim Aqşin Musabəylitammetrajlı bədii (müştərək)
23Səssiz fırtınaFS Film CompanyFaiq Nağıyevtammetrajlı bədii
24Vətən fədaisiElman Ağamalıyevqısametrajlı sənədli
25Fırçadan silahaElman Ağamalıyevqısametrajlı sənədli
26Ağ, qara və poetikaGarargah FilmMirvüqar Abdulovqısametrajlı bədii
27Lent”Garargah FilmMirvüqar Abdulovqısametrajlı bədii
28Yağışlı gecəGarargah FilmMirvüqar Abdulovqısametrajlı bədii
29EvimOD Media – ProductionSeyran Mahmudoğlutammetrajlı sənədli

Əlaqədar Yazılar